Tacik müxalifətinin mühacirətdəki liderlərindən biri Şərafəddin Qadoyev tacik və rus hökümətini onun oğurlanaraq ölkəyə gətirilməsinə görə məhkəməyə vermək istəyir. Bu haqda o "Azadlıq" Radiosunun tacik xidmətinə müsahibəsində deyib.
Fevralın 28-i beynəlxalq hüquq müdafiəsi təşkilatı Amnesty International Tacikistan hökümətini Şərafəddin Qadoyevi azad etməyə çağırıb. Bundan öncə dörd hüquq müdafiəsi təşkilatı Rusiya və Tacikistanı müxalif lideri qeyri qanuni şəkildə oğurlayıb ölkəsinə qaytarmaqda və həbs etməkdə ittiham ediblər.
Mərkəzi Asiyanın mühacirlər Assosasiyası, "Mərkəzi Asiyada insan hüquqları" Assosasiyası, Human Rights Watch və Norveçin Heslinki komitəsi Qadoyevin dərhal azad olunması üçün tacik hökümətinə müraciət ediblər.
Hadisədən iki həftə sonra Tacikistan müxalifətçini azad edib. Şərafəddin Qadoyev Düşənbədən Frankfurta göndərilib.
Martın 7-də Qadoyev jurnalsitlərə müsahibə verib və Rusiya ilə Tacikistanı onun oğurluğunu təşkil etdikləri üçün beynəlxalq məhkəməyə verəcəyini bildirib. O oğurlanmasını beynəlxalq cinayət adlandırıb.
Onun sözlərinə görə Rusiya höküməti onu aldadaraq Moskvaya gətirib və zorakı yolla Tacikistana aparıb. Özü də, Rusiya və Tacikistanın əsas hədəfi o yox Tacik Milli Alyansının lideri Muhiddin Kəbiri imiş. Muhiddin Kəbiri də Avropada yaşayır, amma o Rusiya hökümətinin nümayəndələriylə görüşdən imtina edib.
Qadoyevin sözlərinə görə Rusiya höküməti onlarla əməkdaşlıq etmək niyyətlərini bildiriblər. Qadoyev isə Rusiya hökümətiylə görüşüb onları tacik hökümətinə təsir etməyə inandıra biləcəyini düşünürmüş.