"SpaceX" kosmosa yük və astronavt daşıyan ilk özəl şirkət olacaq [video]

"SpaceX" kosmosa yük və astronavt daşıyan ilk özəl şirkət olacaq [video]
2 Mart 2019
Mətni dəyiş

"SpaceX" şirkəti astronavtları kosmosa yollamaq üçün ilk addımını atdı. Şirkət yaratdığı yeni kapsulun hesabına ABŞ artıq Rusyanın Soyuz kosmik gəmilərinə ehtiyac duymayacaq.

"SpaceX" şirkəti tərəfindən yaradılmış, Beynəlxalq Kosmik Stansiyaya sərnişin və yük daşımaq üçün nəzərdə tutulan kosmik kapsul uğurla kosmosa göndərilib.

ABŞ-ın Florida ştatındakı Keyp Kaneveral kosmik bazadan kosmosa göndərilən beş metr uzunluğunda olan "Crew Dragon" adlanan kapsul bazar gününə qədər Beynəlxalq Kosmik Stansiyaya çatacaq.

Amerikalı milyarder və ixtiraçı Elon Maska aid olan SapceX tərəfindən yaradılmış kapsul 181 kiloqrama qədər ərzaq və təcrübələr aparmaq üçün mallar aparır.

Şirkətin ilk təcrübə uçuşunda kapsulun içində insan göndərilməyib. Amma bu dəfə kapsulun içində Hollywood istehsalı "Alien" filminin baş qəhramanı Ridleyin bənzəri olan bir maniken kosmosa göndərilib.

Şirkət növbəti dəfə kosmosa yeni yük kampsulunun içində iki nəfər astronavt yollayacağını bildirib. Həmin astronavtlar NASA işçiləri Doug HurleyBob Behnken olacaqlar.

"Crew Dragon" özəl şirkət tərəfindən yaradılmış ilk kapsul olduğu üçün NASA sınaq uçuşunu canlı yayımla bütün dünyaya yayıb.

2011-ci ildən bu yana NASA ABŞ torpağından kosmosa raketlər yollaya bilmir. Kosmosa uçuşları adətən Rusiyanın Soyuz kosmik gəmiləri ilə həyata keçirir. Bunun üçün isə NASA hər ABŞ astonavtı başına Rusiyaya 82 milyon dollar pul ödəyirdi. Bu vəziyyəti dəyişdirmək üçün NASA SpaceX və  Boeing şirkətinə 8 milyard dollar pul ödəmişdi.

[embed]https://www.youtube.com/watch?time_continue=34&v=2ZL0tbOZYhE[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun