Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib

Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib
13 Mart 2019
Mətni dəyiş

Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq niyyətində olduğunu bildirib.

Hazırda Hollandiyada yaşayan Saakaşvili jurnalist Dmitri Qordona müsahibə aprelin 1-də Kiyevə gedəcəyini bildirib.

Eks-prezident bildirib ki, artıq həmin tarixə biletini alıb və aprelin 1-də “Borispol” hava limanına enməyi düşünür.

"Əminəm ki, Poroşenko seçkilərin ikinci turuna keçə bilməyəcək. Və bundan daha çox əmin olduğum odur ki, turu keçməyən şəxsin əmrini, yəni məni Ukraynaya buraxmamağı heç bir sərhədçi yerinə yetirməyəcək".

Mixail Saakaşvili 2018-ci il fevralın 12-də Ukraynadan Polşaya deportasiya edilmişdi. O, daha sonra Hollandiyaya köçərək orada yaşamağa başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun