Səudiyyə ben Ladenin oğlunu vətəndaşlıqdan çıxarıb, ABŞ onu axtarır

Səudiyyə ben Ladenin oğlunu vətəndaşlıqdan çıxarıb, ABŞ onu axtarır
2 Mart 2019
Mətni dəyiş
Əl-Qaidə qruplaşmasının keçmiş rəhbəri Usama Ben Ladenin oğlu Həmzə ben Laden Səudiyyə Ərəbistanı vətəndaşlığından çıxarılıb. ABŞ dövlət departamenti Həmzə ben Ladenin yeri haqqında məlumat verənlərə pul mükafatı vəd edir. Səudiyyə Ərəbistanında çıxan "Umm al-Kura" qəzeti məlumat yayıb ki, Əl-Qaidə terror təşkilatının keçmiş rəhbəri Usama ben Ladenin oğlu Səudiyyə vətəndaşlığından çıxarılıb. Bu haqda qərar fevralda verilsə də, mart ayında məlumat yayılıb. Bundan bir gün öncə isə ABŞ dövlət departamenti Həmzə ben Ladenin yerini deyənlərə 1 milyon dollar dəyərində mükafat verəcəyini açıqlamışdı. Vaşinqton Həmzə ben Ladenin Əl-Qaidənin yeni rəhbəri olduğunu düşünür. Dövlət departamenti Həmzə ben Ladenin 2015-ci ildə ABŞ və onun Qərbdəki silahdaşlarına hücum etməyə çağırış etmişdi. ABŞ ancaq 2017-ci ilin yanvarında Həmzə ben Ladeni terrorçular siyahısına salmağa qərar verib. Onun ABŞ-dakı bank hesabları dondurulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun