Bu haqda dünən Rusiya Xarici İşlər Nazirliyi öz vətəndaşları üçün xəbərdarlıq
yayıb. Xəbərdarlıqda deyilir ki, "Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bəhanəsi ilə Azərbaycanın sərhəd xidməti vətəndaşlığından asılı olmayaraq, erməni milliyyətinə mənsubiyyətin birbaşa və ya dolayı əlamətləri olan şəxsləri ölkə ərazisinə buraxmaqdan imtina edir. Bu, həmin şəxslərin şəxsi təhlükəsizliyini təmin etməyin mümkün olmaması ilə əsaslandırılır.
Rusiya tərəfin Azərbaycan tərəfə Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarına qarşı etnik əlamətlərə görə ayrı-seçkiliyin yolverilməz olduğu barədə müraciətlərinə məhəl qoyulmur.
Qeyd edilmiş hallar nəzərə alaraq, israrla Rusiya vətəndaşlarına Azərbaycana səfər planlaşdırarkən mümkün riskləri diqqətli şəkildə ölçüb-bilməyi tövsiyə edirik", deyə RF XİN-in tövsiyəsində qeyd edilir.
Xatırladaq ki, bundan öncə 2016-cı ildə erməni əsilli Rusiya vətəndaşı
Marat Ueldanov Azərbaycana səfər etmiş və səfər zamanı həbs olunmuşdu.
Onun həbsindən sonra bacısı
Marianna Mirzoyan iddia edib ki, qardaşı erməni əsilli olduğuna görə saxlanıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: “Onun əsl soyadı Qalustyan olub".