Rus hərbçilərinin daha bir gürcü kəndini işğal etdiyi deyilir: Gürcü tərəfi kəndə heç kimi buraxmır

Rus hərbçilərinin daha bir gürcü kəndini işğal etdiyi deyilir: Gürcü tərəfi kəndə heç kimi buraxmır
16 Mart 2019
Mətni dəyiş
Gürcüstanda sosial şəbəkələrdə yayılan məlumata görə Rusiya hərbçiləri martın 15-də gürcü-osetin münaqişəsi zonasının sərhəddində yerləşən Qori rayonunun Xurvaleti kəndini işğal etməyə cəhd edib. Bu məlumatı gürcü höküməti inkar edir, ancaq Gürcüstanda fəaliyyət göstərən "Güc və birlik" antikorrupsiya təşkilatının rəhbəri David Kaçarava xəbərin yerli əhali tərəfindən təsdiq olunduğunu deyir. David Kaçaravanın məlumatına görə kəndə rus hərbçilərinin girdiyi haqda məlumatı kənd sakini Lüda Salia öz facebook hesabında yazıb: "SOS! Kömək istəyirik! Xurvaletiyə rus işğalçıları daxil olub və kəndin ətraf ərazilərini tutublar. Bizə yardım edir! Xurvaletidə camaatın həyətlərində rus hərbçiləri gəzir". Bundan sonra gürcü aktivistlər kəndə yollanıb. Ancaq polis heç kimi kəndə buraxmır. "Azadlıq Radiosu"nun gürcü xidmətinin muxbiri hadisə yerində olub ancaq gürcü polisi onu kəndə buraxmayıb. David Kaçarava isə gürcü mediasına müsahibəsində gürcü polislərinin kəndin bütün giriş-çıxışlarını bağladıqları və onları əraziyə buraxmadığını deyir. [caption id="attachment_75779" align="aligncenter" width="650"] Xurvaleti kəndinin girişində dayanan gürcü hərbçiləri.[/caption] Gürcüstanın "Rustavi-2" kanalının muxbirinin yerli əhali ilə görüşündə isə onlar deyib ki, kənddə vəziyyət gərgindir. Rusiya hərbçiləri sərhədd xəttini keçiblər və kəndliləri təsərrüfatlarına buraxmırlar. Həmçinin yerli əhalinin sözlərinə görə Rusiya hərbçilərinin Gürcüstanın içlərinə doğru hərəkətliliyi Atoçi kəndində də müşahidə olunub. Qori rayon munisipalitetinin rəhbəri Konstantin Tavzaraşvilinin sözlərinə görə işğal olunmuş Osetiyayla sərhəddə maskalı rus hərbçiləri peyda olub. "Onların ora gəlməklərinin səbəbi hələlik bilinmir. Hadisə yerinə gürcü hüquq-mühafizə orqanlarının işçiləri var" - deyə Tavzaraşvili bildirib. Həmçinin, Gürcüstanın Sülh və vətəndaş bərabərliyi naziri Ketevan Çixelaşvili Gürcüstanın 1-ci kanalına  müsahibəsində rus hərbçilərinin gürcülərin əlində olan ərazilərdə yox, işğal olunmuş ərazilərdə olduğunu deyib. Nazirin sözlərinə Xurvaleti kəndinin işğalı haqda yalan və dəqiqləşdirilməmiş məlumatlar yayılıb. Bundan öncə işğal olunmuş Cənubi Osetiya tərəfindən Qori rayonun Xurvaleti kəndi istiqamətinə rus hərbi qüllələri qoyulmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun