"Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları hər yolla gizlətməyə çalışır".
Bu haqda Ermənistanın ikinci prezidenti Robert Köçəryan həbsxanadan verdiyi müsahibəsində deyib.
Köçəryan danışıqları yox, Paşinyanın bu haqda danışmaqdan yayınmağını şübhəli saydığını deyir.
“Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hakimiyyətin mövqeyi bəlli deyil, bu haqda hələ də heç nə deyilməyib və bu narahatçılıq yaradır. Əvvəlcədən müəyyənləşdirilmiş mövqe yoxdursa necə uğurlu danışıqlar aparmaq olar. Qarabağ münaqişəsi ilə bağlı bir çox prinsipal məsələlər var ki hakimiyyət danışıqlara başlamazdan öncə onlarla bağlı dəqiq mövqeyə sahib olmalıdır”. – keçmiş prezident deyib.
Koçaryan hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyev danışıqlarda Paşinyana qalib gəlib. O inanır ki, Düşənbədəki “lift danışıqları” ermənilər üçün xeyirli olan Vyana və Sankt-Peterburq danışıqlarının nətcələrinin əldən çıxartmağa səbəb olub. Koçaryan Vyana və Sankt-Peterburq danışıqlarındakı uğurları aprel döyüşlərinin hesabına, erməni tərəfinin 100 nəfərdən çox əsgər itirilməsiylə əldə etdiyini deyib.
“Paşinyanın belə hərəkətlərinin səbəbi ya təcrübəsizlik ya da şüurlu seçim ola bilər, bunun fərqi yoxdur. Hər iki halda bu böyük səhvdir. Erməni tərəfinin addımları həm Azərbaycan həm də vasitəçilərin böyük güzəştlər etməsinə aparıb çıxaracaqdı. Ancaq indi Minsk qrupunun təklifləri elə də ürəkaçan olmayacaq” – Köçəryan müsahibəsində deyib.
Keşmiş prezident indiki hökümətin Qarabağın Azadlığından başqa hər-hansı addım atacağı halda buna mane olacağına çalışacağını deyir. Köçaryan deyir ki, Qarabağı milli kimliyin bir parçası hesab edən hər bir erməni belə davranmalıdır.
“Yeri gəlmişkən, Qarabağla bağlı bu cür hiss Paşinyan və onun komandasının əksər üzvlərində yoxdur. Qarabağın alınması və ordakı hərbi uğurlarda indiki hökümətin zərrəcə də rolu olmayıb, onlar bu qələbəni əldə ednlərə və Qarabağ uğrunda mübarizə edənlərə nifərt edirlər. Buna görə də cəmiyyət onların Qarabağla bağlı hər bir addımını nəzarətdə saxlamalıdır. Paşinyanın zidiyyətli bəyanatlarına heç cürə inanmaq olmaz”.
Xatırladaq ki, Köçəryan hal-hazırda həbsdədir, o 2008-ci ilin 1 martında konstitusional quruluşu zorla dəyişdirməkdə ittiham olunur.