Mart ayında Efiyopiyada düşən Efyiopiya hava yollarına məxsus Boeing 737 MAX 8 model təyyarəsi ilə 2018-ci ildə düşən Lion Air-ə məxsus təyyarənin qəza səbəbləri eynidir. Bu haqda hər iki təyyarənin qara qutusunun ilkin analizi göstərib. Bu haqda "Reuters" agentliyi məlumat yayıb.
Efiyopiyanın nəqliyyat naziri Muse Yixeys deyib ki, hər iki təyyarənin qəzaya uğramasının səbəbi eynidir: "Qara qutulardan məlumatlar uğurla bərpa olunub. Amerika komandası və bizim komanda onları yoxlayıb" - deyə nazir bildirib.
Efiopiyanın paytaxtı Əddis-Əbabadan olan mənbə isə məlumat verib ki, Efiyopiya təyyarəsi havaya qalxandan sonra qeyri-adi bir sürətlə irəliləyib. Martın 15-ində verilən başqa bir xəbərə görə isə, düşən hər iki təyyarədə bənzər qəribəliklər müşahidə edilib. Hər iki təyyarənin trimmer və stabilizatoru (təyyarənin quyruq hissəsindəki çıxıntı) fərqli formada əyiliblər.
Xatırladaq ki, son altı ayda iki Boeing 737 MAX 8 təyyarəsi düşüb və hər iki təyyarənin düşməsi qalandan bir neçə dəqiqə sonra baş verib. Martın 10-da Efiyopiya təyyarəsinin düşməsi nətivəsində 157 nəfər ölmüşdü. Qəzada ölənlər 33 ölkənin vətəndaşları olublar.