Müxalifətçi vəkil Slovakiyanın ilk qadın prezidenti seçildi

Müxalifətçi vəkil Slovakiyanın ilk qadın prezidenti seçildi
31 Mart 2019
Mətni dəyiş

Martın 30-da Slovakiya növbəti prezidentini seçib. Seçkinin ikinci turunda vəkil, müxalifətçi fəal Zuzana Çaputova qalib gəlib.

Reuters-in məlumatına görə, parlamentdə təmsil olunmayan liberal "Proqressiv Slovakiya" Partiyasının qadın namizədi seçkinin ikinci mərhələsində 58 faizdən artıq səs toplayıb.

45 yaşlı Caputova-nın rəqibi hakim "Smer" partiyasının namizədi, tanınmış siyasətçi, Avropa Birliyinin rəhbərlərindən biri, Avrokomissiyanın vitse-prezidenti Maros Sevçovic idi. Sevçoviç artıq Caputovanı qələbə münasibətilə təbrik edib.

Ekspertlərin fikrincə, Sefçovic-in iqtidar partiyasının namizədi olması onun şansını azaldıb və Caputova ikinci turda 58% səs alaraq qalib gəldi. Jurnalist Yan Kutsakın qətli hakimiyyətdəki sosial-demokrat "Smer" Partiyasının nüfuzuna zərbə vurub.

Zuzana Çaputova Slovakiya tarixində ilk qadın prezident olub. O əvvəllər siyasətlə məşğul olmayıb. Hüquqşunas kimi zibil poliqonu və korrupsiya ilə mübarizəyə başladıqdan sonra məşhurlaşıb.

Seçkilərdə onu sağ-liberallar və avropayönümlü qüvvələrin geniş koalisiyası dəstəkləyiblər. Həmçinin, Caputova cinsi azlıqlar və abort hüququnun müdafiəçisi kimi də tanınır. O, bütün slovakların prezidenti olmaq istədiyini bildirib.

Slovakiyada prezident umumseçki yolu ilə 5 illiyə seçilir. Onun səlahiyyətləri məhdud olsa da rəmzi də deyil.

Baş nazirliyə, Konstitusiya məhkəməsinin hakimliyinə namizədləri o irəli sürür, 2/3 səslə qəbul edilmiş qərarları çıxmaq şərtilə digər qanunlara veto qoya bilir.

İndiki prezident Andrey Kiska ikinci müddət uğrunda mübarizədən imtina edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun