Mehman Hüseynov İlham Əliyevə çağırış etdi: "Dostlarımı, həmkarlarımı, jurnalistləri..." [video]

Mehman Hüseynov İlham Əliyevə çağırış etdi: "Dostlarımı, həmkarlarımı, jurnalistləri..." [video]
6 Mart 2019
Mətni dəyiş

Martın 2-də həbsdən çıxan bloqer Mehman Hüseynov mətbuat konfransı keçirib. Mətbuat konfransında ölkə jurnalistləri ilə yanaşı, Bakıdakı xarici ölkə səfirliklərinin təmsilçiləri də iştirak ediblər.

Bloqer ilk növbədə ona dəstək olduqlarına görə yerli və beynəlxalq qurumlara, siyasi partiyalara, ondan ötrü aksiyalara qatılan insanlara və ümumilikdə Azərbaycan xalqına təşəkkürünü bildirib. O deyib ki, ona dəstək verilməsəydi, azadlığa çıxa bilməzdi.

Mehman Hüseynov həbs müddətində anasını itirməsini, qardaşlarından, ailəsindən ayrı düşməsini xüsusi vurğulayıb.

Cəza müddətinin bitməsinə bir neçə ay qalmış həbsxanada təxribatla üzləşdiyini deyən M.Hüseynov deyib ki, buna qarşı qəti mövqe qoymaq qərarına gəlib. Onun sözlərinə görə, bu qərarı tək özü ilə bağlı yox, başqa siyasi məhbusların da bundan sonra belə təxribatla üzləşməməsindən ötrü verib.

Bloqer bildirib ki, ondan əvvəl AXCP sədrinin müşaviri Məmməd İbrahimin və başqalarının həbsdə cəzaları artırılmışdı:

[caption id="attachment_75352" align="aligncenter" width="1280"] Foto: Abzas[/caption]

"Əvvəla məni aparıb karserə saldılar. Sonra ittihamçı gəldi ki, cəzaçəkmə müəssisəsinin əməkdaşını vurmuşam, ölüm ayağındadır və s. Amma əslində belə hadisə olmayıb, bu mənə qarşı çirkin bir oyun idi. Odur ki, bu oyunu pozmaq üçün elan etdim ki, ölüm aclığı aksiyasına başlayıram, sudan, qidadan imtina edirəm".

M.Hüseynov deyib ki, o, dekabrın 26-da aclığa başlayıb. Bloqerin qeyd etməsinə görə, dekabrın 30-da vəziyyəti pisləşib, bildiriblər ki, belə davam etsə, məcburi qaydada ona qida qəbul etdirəcəklər.

Blogerin sözlərinə görə, həmin vəziyyətdə qida qəbul etməyə məcbur edilməsini istəmədiyindən və aksiyanın artıq ictimailəşdiyini bildiyindən su qəbul etməyə başlayıb.

"Daha sonra isə süd və maye şəkildə yoqurt qəbul etməyə başladım. Martın 2-nə qədər ayaq üstə durub mübarizəmi aparmalı idim".

M.Hüseynov bildirib ki, mübarizə bununla bitmir, həbsdə olan bütün siyasi məhbusların azad olunmasına çalışmaq lazımdır.

Bloger jurnalistlərin suallarını cavablandırıb [caption id="attachment_75351" align="aligncenter" width="1280"] Foto: Abzas[/caption]

Mehman Hüseynov ilk açıqlamalarından sonra jurnalistlərin suallarını cavablandırmağa başlayıb.

Əli Abdalovla bağlı jurnalistin sualına cavab olaraq bloger bildirib ki, onun döydüyü iddia edilən 14 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı Əli Abdalovla telekanallarda, internetdə yayımlanan barış kadrlarının çəkilməsini özü deyib.

"Orda mənə bildirdilər ki, bu kadrları özümüz üçün çəkirik, ictimaiyyət üçün deyil, gizli saxlayacağıq. Amma mən bildirdim ki, mənim gizli işim yoxdur, bunu çəkiriksə, yayın hamı görsün. Əli Abdalov bu oyunda çox kiçik fiqur idi. Ona görə də barışıq səhnəsində çəkinəcəyim bir şey yox idi. Mən bununla sübut edirdim ki, yamanlığa yaxşılıq ən çətinidir, mən də ən çətinini etdim".

M.Hüseynov deyib ki, onun adından prezidentə ünvanlanan müraciətə də imza atıb. Amma onun deməsinə görə, özünün də şərtləri olub.

"Mənə təklif edildi ki, prezidentə müraciətdə Ə.Abdalovla inisidentin yaşandığını etiraf edim və bu məsələnin barışıqla həllini istəyim, amma mən bununla razılaşmadım. Mənim öz şərtlərim var idi, günahkar olmadığımı, orada da qeyd etdim".

Mehman Hüseynova jurnalist sual verib ki, prezidentə hansısa sözünüz varmı. Bloger cavab verib ki, siyasi məhbusların azad edilməsinə çağırış edirəm.

"İlham Əliyevə çağırış edirəm ki, digər siyasi məhbusları da azadlığa buraxsın. Dostlarımın, həmkarlarımın, jurnalistlərin, fəalların azadlığa buraxılmasını gözləyirəm. Qarşıdan Novruz Bayramı gəlir, çox ümid edirəm ki, amnistiya, yaxud əfv fərmanı imzalanar və tezliklə Əfqan Muxtarlını, İlkin Rüstəmzadəni, Qiyas İbrahimovu, Bayram Məmmədovu, Seymur Həzini, Gözəl Bayramlını və digər siyasi məhbuslar azadlığa buraxılacaq".

Xatırlatma

Mehman Hüseynov martın 2-də bloqer azadlığa çıxıb. O, 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi.

Bloqer həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. O, həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı.

M.Hüseynov yeni ittihamla üzləşdikdən sonra ölkə daxilində və ondan kənarda bloqerin müdafiəsi ilə bağlı bir çox aksiyalar keçirilib.

Nəhayət, yanvarın 22-də Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlamışdı. Buna səbəb kimi onun prezidentə müraciətinin əsas götürüldüyü bildirilirdi.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini isə qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Üstəlik, rəsmilərin bildirməsinə görə, Azərbaycan həbsxanalarında məhbuslarla yalnız qanun çərçivəsində davranılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun