Məsciddə qətliam törədən şəxs hadisədən əvvəl baş nazirə manifestini yollayıbmış

Məsciddə qətliam törədən şəxs hadisədən əvvəl baş nazirə manifestini yollayıbmış
16 Mart 2019
Mətni dəyiş

Yeni Zelandiyanın Kraystçörç şəhərində 49 nəfərin ölümü ilə nəticələnmiş terror aktının törədicisi 28 yaşlı Brenton Tarrant özü könüllü şəkildə polisə təslim olub.

O, bu gün məhkəməyə çıxarılıb və cəmi 1 dəqiqə davam edən məhkəmə iclasından sonra növbəti məhkəməsi aprelin 5-nə salınıb.

"The New Zealand Herald" qəzeti yazır ki, Tarrant məhkəməyə gətirilərkən peşman olmadığını elan edib və jurnalistlərə nasist işarələri göstərib. Bundan sonra onu vəkilinin çıxışı olmadan məhkəmə zalından çıxarıblar.

Digər tərəfdən polis komissarı  hadisənin detalları haqda soruşulanda Mayk Buş hadisə haqda ətraflı danışmaq istəmədiyini, böyük ehtimalla hər iki hadisəni eyni adamın törətdiyini deyib.

Martın 15-də Yeni Zelandiyanın iki məscidinə hücumda 49 nəfərin öldüyü bildirilir. Onun 41-i Əl-Nur məscidində, 7-i isə Lindvud məscidində öldürülüb. Daha bir nəfər xəstəxanada keçinib.

Qatil Tarrant hadisəni törətməzdən öncə sosial-şəbəkələrdə 74 səhifəlik manifestini yayıb. O, manifestində özünü ağdərililərin qaradərililər üzərində ağalığı haqda ideyanın tərəfdarı adlandırıb və Avropada müsəlmanlara qarşı terror aktları törətmək planlarından danışıb.

Tarrant öz maifestini hətta Yeni Zelandiyanın baş naziri Jasinda Ardernə də yollayıb. Baş nazirinin dəftərxanasa manifestin bir kopyasını mail vasitəsilə aldıqlarını etiraf ediblər. Ancaq Tarrant bunu hadisədən cəmi 10 dəqiqə öncə yollayıb.

Məktublar ümumən 70 başqa elektron ünvana da yollanıb. Onlar arasında milli lider Sayman Bridces və Yeni Zelandiya parlamentinin spikeri Trevor Mallard da olub.

Baş nazir Jasinda Ardern həmin gün çoxlu KİV-lərdən məktublar aldığını və həmçinin Tarrantın məktubunda Zelandiyada terror törədəcəyi haqda məlumat olmadığını deyir, buna görə də o baş verəcək terrorun qarşısını ala bilməzdi.

Baş nazir həmçinin Yeni Zelandiyada silah gəzdirməklə bağlı qanunu dəyişdirmək istədiyini açıqlayıb. Ardernin sözlərinə görə, Tarrantın rəsmi olaraq silah gəzdirmək lisenziyası və beş tapançası olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun