Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında, o cümlədən bu quruma baş katib təyinatı ilə bağlı yaranmış qeyri-sağlam ab-havadan narahatlığını ifadə edib.
"TASS" xəbər verir ki, dövlət başçısı inteqrasiya qurumlarında iştirak etmək və Avropa qurumları ilə əməkdaşlıq məsələlərinə həsr olunan müşavirədə sözügedən mövzuya toxunub.
O deyib: “Dünyada hərbi-siyasi cərəyanlar nəzərə alınsa, bu qurumun zəruriliyi şübhə doğurmur. Amma hazırda KTMT ətrafında qeyri-sağlam vəziyyət yaranıb. Elə, təkcə baş katibin təyinatı məsələsini xatırlayın”.
Belarus Prezidenti diqqətə çatdırıb ki, dünyadakı ümumi hərbi-siyasi cərəyanlar nəzərə alınsa, əsas səylər göstəriləcək ən mühüm istiqamət KTMT çərçivəsində hərbi-siyasi əməkdaşlıqdır".