İnquşetiyada martın 26-dan başlayaraq mitinqlər keçirilir. Mitinq ölkə prezidenti Yunus-Bek Evkurovla Ramzan Kadırov arasında ölkə sərhəddlərinin yenidən müəyyənləşdirilməsi ilə bağlı müqavilədən sonra başlayıb. İnquşetiya xalqı ölkə torpaqlarının Çeçenistana verilməsinə etiraz edirlər. Kadırovla Evkurov arasında bu mövzuda əldə olunmuş başqa bir razılaşma isə 2018-ci ilin payızında inquş xalqının etirazına səbəb olmuşdu.
Bu dəfə mitinqçilər hökümətin icazəsi olmadan başladıqları mitinqi paytaxt Maqas şəhərinin mərkəzində keçiriblər. Bu haqda
"Exokavkaza" saytı xəbər yayıb.
Martın 27-də inquş höküməti mitinqə çıxanlara qarşı silah işlətmək əmru verib. Beləliklə mitinqləq qızışıb Evkurovun ərazi problemini həll etmək üçün Çeçenistanla apardığı danışıqlar gözlənilmədən ölkə içində üsyana səbəb olub.
İnquşetiyada etirazları "İnquşetiyanın müdafiəsi" adlı yerli təşkilat başladıb. Onlar ölkə prezidentinin istefasını tələb edirlər. Mitinqçilər Nazran istiqamətində gedən federal trassı bağlayıblar.
Xatırladaq ki, Çeçenistan rəhbəri Ramzan Kadırov artıq xeyli müddətdir İnquşetiyadan Çeçenistanla sərhəddəki bəzi əraziləri tələb edir. Həmin ərazilərdə hal-hazırda əksər olaraq inquşlar yaşayır. İnquşetiya həmin əraziləri Çeçenistana verməyə hazırdır ancaq buna keçən il edilən cəhd geniş xalq etirazına səbəb olduqdan sonra, bu il həmin məqsədlə inquş parlamentində yenidən müzakirələr başlanmışdı.