Son 5-6 ildə Gürcüstan höküməti ölkə məktəblərinin təmiri və tikintisinə 7 milyard laridən (2.6 milyar dollar) çox pul ayırıb. Bu haqda Gürcüstanın baş naziri Mamuka Baxtadze dünən Facebookda etdiyi canlı yayımda bildirib. Baxtadze deyib ki, Gürcüstan ölkə məktəblərinə daha 2,5 milyard dollar pul ayıracaq.
İzləyicilərinin suallarını cavablandıran baş nazir deyib ki, ölkə məktəblərinə xüsusi diqqət ayrılacaq, çünki hər bir ölkənin gələcəyi bu məktəblərdən asılıdır.
"Son illər hədəfimiz yeni məktəblər tikmək və mövcud məktəbləri yenidən qurmaq olub. Bu məqsədlə yeddi milyard lari xərcləmişik...
İstəyirik siniflər 13-15 şagirdik olsun, bəzi hallarda bir qədər çox da ola bilər. Bu standartlar dünyada ən yaxşı standartlar sayılır, 5-6 ilə Gürcüstan miqyasında bu problemi həll etməyi qarşıya məqsəd qoymuşuq", - deyə Baxtadze bildirib.
Hal-hazırda Gürcüstanda 2,3 min dövlət və özəl məktəb var. Gürcü höküməti bu məktəblərdə təhsilin səfiyyəsinin və infrakstrukturun yüksəldilməsi üçün geniş miqyaslı islahatlara başlayıb. 2019-cu ildə ölkənin 149 dövlət məktəbinin yenidən qurulması üçün pul ayrılıb. 31 məktəb qismən təmir ediləcək, 8 məktəb sıfırdan tikiləcək. Həmçinin gürcü höküməti əyalətlərin inkişafı fonunun hesabına regionlarda 27 məktəb tikməyi planlaşdırır.