Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova uzun müddət idi ev dustaqlığı yaşayırdı. Martın 5-i o, "ev dustaqlığı qaydalarını pozduğuna görə" ciddi rejimli həbsxanaya göndərilib.
Bu haqda mühacirətdə yaşayan özbəklərə məxsus "Fargananews" xəbər portalı, Özbəkistanın Baş Prokurorluğuna istinadən xəbər yayıb.
Özbəkistanın Baş Prokurorluğu yaydığı məlumatda bildirir ki, məhkəmə Gülnarə Kərimovanın 10 illik həbs cəzasını 5 ilə endirərkən "məhkəmə ona aydın şəkildə başa salınmışdı ki, ev dustaqlığının qaydalarını pozarsa həbs forması dəyişdirilə, həmçinin həbs müddəti uzadıla bilər".
Məhkəmin ona qoyduğu şərtlər arasında mənzilini tərk etməmək, rabitə vasitələri və internet istifadə etməmək şərtləri vardı.
Gülnarə Kərimova noyabrın 22-si 2018-ci ildə yaşayış yerini özbaşına tərk edibmiş. Buna baxmayaraq onun ev dustaqlığı davam etdirilib. Bundan əlavə ona nəzarət edən ədliyyə işçiləri onun "dəfələrlə rabitə vasitələri, həmçinin internetdən istifadə etdiyini" görüblər.
Xatırladaq ki, Gülnarə Kərimova 2015-ci ildə, atası İslam Kərimov hələ hakimiyyətdəykən həbs olunub, ona qarşı fırıldaqçılıq, talama, vergidən yayınma kimi ittihamlar var idi.
2016-cı ildə İslam Kərimovun ölümündən az sonra Özbəkistanın Baş Prokurorluğu eks-prezidentin böyük qızına qarşı yeni ittihamlarla cinayət işi başladıldığını bildirmişdi. 2017-ci ildə Daşkənd məhkəməsi Gülnarə Kərimovanı 10 illiyinə həbs etmiş, 1 iyul 2018-ci ildə isə onun həbs müddəti 10 ildən 5 ilə endirilmişdi.