FHN "Diqlas" ticarət mərkəzində baş vermiş yanğına görə sahibkarların özlərini günahkar hesab edir

FHN "Diqlas" ticarət mərkəzində baş vermiş yanğına görə sahibkarların özlərini günahkar hesab edir
27 Mart 2019
Mətni dəyiş

"Diqlas" Ticarət Mərkəzində alışma ocağının söndürülməsi tədbirləri bu gün axşama qədər davam edib. Yanğın 2 hektara qədər sahəni əhatə edib. Bu barədə FHN yanğın xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə bildirib.

Binanın 4 mərtəbəsində alov söndürüldükdən sonra zirzəmidə alovla mübarizə davam edib.

Ə.Novruzovun sözlərinə görə, belə güclü yanğına Ticarət Mərkəzinin sahiblərinin yanğın təhlükəsizliyi qaydalarına məhəl qoymaması səbəb olub.

"Ticarət Mərkəzinin mərtəbələrinin heç birində yanğın əleyhinə sistem olmayıb", - o qeyd edib.

Ticarət Mərkəzinin ətrafında yaranmış avtomobil tıxacı, həmçinin alovu söndürmək üçün su mənbəyinin olmaması yanğınsöndürənlərin işini çətinləşdirib. Suyu iki kilometr məsafədən daşımaq lazım gəlib.

Alışma səbəbinə gəlincə, onu hüquq-mühafizə orqanları araşdıracaqlar, FHN rəhbəri Kəmaləddin Heydərov bildirib. İlkin məlumata görə, yanğın çiçək mağazasında başlayıb.

Yanğının söndürülməsinə 100-dən çox yanğınsöndürən, 20-dən çox xüsusi texnika və üç vertolyot cəlb edilib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun