Türkiyədə səsvermənin başa çatdığı bələdiyyət seçkilərində nəticələr açıqlanmağa başlayıb.
Son nəticələrə görə, hakim AK partiya əsas böyük şəhərləri, ən vacib hesab etdikləri İstanbul və Ankaranı uduzub. Müxalifət isə bayram edir. Uzun müddətdən sonra müxalif Millət İttifaqı böyük şəhərləri idarə edəcək.
Səhər saatlarında Türkiyə Yüksək Seçim Qurumu sədri Sadri Güven-in açıqlamasına görə, İstanbulda da CHP-nin namizədi Ekrem İmamoğlu 27 min səs fərqi ilə qələbə qazanıb.
[caption id="attachment_76347" align="aligncenter" width="924"] CHP namizədi Ekrem İmamoğlu və AKP namizədi Binali Yıldırım[/caption] ***Gecə saat 5-ə olan məlumata görə, 99% səslər sayılıb. Rəsmi dövlət agentliyi Anadolu Agentliyi bildirib ki, ilkin nəticələrə görə, Türkiyə üzrə ümumilikdə AKP 44,4 %, CHP 30 %, İYİ Partiya 7,4 %, MHP 7,2 %, HDP isə 4,2 % səs toplayıb.
Bloklar üzrə nəticələr isə belədir: Cumhur İttifaqı (AKP-MHP) - 51,66%, Millet İttifaqı (CHP-İYİ) isə 37,53%.
Agentliyin ilkin nəticələrinə görə, iqtidar bloku paytaxt Ankaranı və bir neçə böyük şəhəri uduzub. Belə ki, əsas şəhərlərdən olan Antalya, Mersin, Adana kimi şəhərlərdə müxalif CHP-nin namizədləri qələbə çalıb.
[caption id="attachment_76346" align="aligncenter" width="928"] CHP namizədi Mansur Yavaş və AKP namizədi Mehmet Özhaseki[/caption]Türkiyənin ən böyük şəhəri İstanbulda isə demək olar eyni səsi toplayan AKP və CHP namizədlərinin hər ikisi qələbə qazandıqlarını bildirib. Amma gecə saatlarında Anadolu Agentliyi son nəticələri elan etməkdə davam etməyib. Belə ki, İstanbul Böyükşəhər Bələdiyyəsi üçün səslərin 98,7%-nə qədər nəticələr elan olunub, lakin ondan sonra heç bir açıqlama verilməyib.
[caption id="attachment_76345" align="aligncenter" width="1044"] CHP namizədi Tunc Soyer AKP namizədi Nihat Zeybekci[/caption]Bu saatlara olan məlumata görə, İstanbul nəzərə alınmazsa, 81 vilayətdə iqtidar partiyası AKP 39, ana müxalifət partiyası CHP 20, iqtidar blokunda olan MHP 11, HDP 8, Türkiyə Kommunist Partiyası 1 bələdiyyə qazanıb. Və bir vilayətdə də müstəqil namizəd başqan seçilib.
[caption id="attachment_76344" align="aligncenter" width="1014"] CHP namizədi Muhittin Bocek və AKP namizədi Menderes Türel[/caption] [caption id="attachment_76342" align="aligncenter" width="1014"] AKP namizədi Alinur Aktaş və CHP namizədi Mustafa Bozbey[/caption] [caption id="attachment_76343" align="aligncenter" width="1046"] CHP namizədi Zeydan Karalar və MHP namizədi Hüseyn Sözlü[/caption]01:20
İndiyə qədər səslərin 90,90%-i sayılıb. Hazırkı nəticələrə görə, ümumilikdə Cümhur İttifaqı (AKP-MHP) 52,34% səslə öndədir. Cümhur İttifaqını 38,15% səslə Millət İttifaqı təqib edir.
Partiyalar üzrə ümumi nəticə belədir:
1. AKP - 44,96%
2. CHP - 30,25%
3. İYİ Partiyası - 7,39%
4. MHP - 6,80%
5. HDP - 4,01%
6. Səadət Partiyası - 2,47%
7. DSP - 1,18%
Digər siyasi partiyalar hələlik 1%-dən az toplayıb.
01:30
İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə namizədlikdə müxalif CHP namizədi Ekrem İmamoğlu ilə iqtidar AKP namizədi Binali Yıldırımla arada 1 faizdən də az fərq qalıb.
Binali Yıldırımın topladığı səs faizi %48,71
Ekrem İmamoğlunun topladığı səs faizi %48,65
Seçki qutularının %91,15-i açılıb.
22:30
Ankara Böyükşəhər bələdiyyə sədrliyinə seçkilərdə CHP partiyasından Mansur Yavaş AKP partiyasından olan Mehmet Özhasekiden 2%-lik fərqlə öndədir.
Mansur Yavaşın topladığı səs faizi %49,64
Mehmet Özhaseki topladığı səs faizi %47,82
Hələlik seçki qutularının
21:30
Türkiyənin ən böyük şəhəri İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə hakim AKP partiyasından Binali Yıldırım və müxalif CHP partiyasından Ekrem İmamoğlu namizəddilər. Son məlumatlara görə Binali Yıldırım 50,5 səs faizi ilə öndədir.
Binali Yıldırımın topladığı səs faizi %50,5
Ekrem İmamoğlunun topladığı səs faizi %46,95
Hələlik seçki qutularının %52,67-i açılıb.
20:00
Ankarada 31 mart bələdiyyə seçkilərində ilkin nəticələr açıqlanıb. Ankara Böyükşəhər bələdiyyə sədrliyinə CHP partiyasından Mansur Yavaş və AKP partiyasından Mehmet Özhaseki yarışır.
Mansur Yavaşın topladığı səs faizi %46,59
Mehmet Özhasekinin topladığı səs faizi %52,19
Hələlik seçki qutularının %23,7-i açılıb.
16:30
Türkiyədə bələdiyyə seçkiləri kütləvi davalarla müşayət olunub
Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Seçkilər müxalifət və iqtidar tərəfdarları arasında çoxlu sayda toqquşmalarla müşayət olunub. Bu haqda "Cumhuriyet" qəzeti məlumat yayıb.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə bu gün ölkə ərazisində iki nəfər seçkidən öncə, iki nəfərsə seçki vaxtı baş verən münaqişələr nəticəsində öldürülüb.
İlk hadisə Türkiyənin Malatya rayonunun Pütürge qəsəbəsində baş verib. Burda seçki komitəsinin üzvləri arasında silahlı münaqişə yaranıb 2 nəfər ölüb bir nəfərsə yaralanıb.
Hadisəni hakim Ədalət və İnkişaf partiyasından olan namizədin bacısıoğlu müxalif Səadət Partiyasından olan bir müşahidəçi, bir seçki komitəsi üzvünə hücum edərək onları öldürüb.
Bundan əlavə ölkə boyu baş verən seçki çəkişmələrində daha 2 nəfər ölüb, 50 nəfərsə yaralanıb. Yaralananların 23 nəfəri Diyarbakırdakı seçki münaqişələrinin iştirakçısı olub. Burda bir məhəllədən bələdiyyəyə olan iki namizədin davası, tezliklə böyüyüb.
Həmçinin, Şanlıurfa, Adana, İstanbul, Mardin, Qaziantepdə bələdiyyəyə namizədlər arasında baş verən kütləvi davalarda onlarla adam yaralanıb.