Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Bu barədə dövlət agentliyi Azərtac məlumat yayıb.
Sərəncamda deyilir ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndi rəhbər tutularaq əfv imzalanıb.
Siyahıda 51 nəfəri siyasi məhbus kimi tanınan şəxslərdir. Bunlar arasında nidaçılar -
İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman və cəbhəçilər -
Gözəl Bayramlı, Murad Ədilov, həmçinin Nardaran, Mingəçevir və Siyəzən hadisələri zamanı həbs olunanların və başqalarının adı var. Əhv olunan siyasi məhbuslar aşağıdakılardır:
1) İlkin Rüstəmzadə
2) Qiyas İbrahimov,
3) Bayram Məmmədov
4) Gözəl Bayramlı,
5) Rüfət Səfərov,
6) Elgiz Gahraman,
7) Qəhrəmanlı Fuad,
8) Əli İnsanov,
9) Vasif İbrahimov
10) Murad Ədilov,
11) Rəşad Ramazanov,
12) Nicat Əliyev,
13) Fikrət Fərəməzoğlu
14) Tofiq Həsənli
15) Əlikram Xurşidov,
16) Lətif Əhmədov
17) Əliyev Ramil
18) Seymur Aslanov
19) Zülfüqar Mikayılov
20) İsmayılov Ruzi (Nardaran hadisələri),
21) Elman Ağayev (Nardaran hadisələri),
22) Əli Hüseynov (Nardaran hadisələri),
23) Elxan Həsənov (Nardaran hadisələri),
24) Sahib Həbibov (Nardaran hadisələri),
25) Nəsirov Elvin (dindar)
26) Ceyhun Səfərli (dindar),
27) Elimxan Hüseynov (dindar),
28) İlqar Xəlilov (Mingəçevir etirazları),
29) Dilqəm Mahmudzadə (Mingəçevir etirazları),
30) İlkin Abdullayev (Mingəçevir etirazları),
31) Talıb Ağamalıyev (Siyəzən etirazları),
32) Kamran Abdullayev (Siyəzən etirazları),
33) Nizami Qəniyev (Siyəzən etirazları),
34) Zaur Şəkərov (Siyəzən etirazları),
35) Abasət Süleymanov (Siyəzən etirazları),
36) Müslüm Əzimov (Siyəzən etirazları),
37) Çoşqun Bəğişov (Siyəzən etirazları),
38) Fariz Kərimov (Siyəzən etirazları),
39) Namiq Məstanov (Siyəzən etirazları),
40) Elçin Əliyev (Siyəzən etirazları),
41) Elnur Seyidov,
42) Mübariz Abdullayev,
43) Rəşad Əliyev (Səid Dadaşbəyli qrupu),
44) Fərid Ağayev (Səid Dadaşbəyli qrupu),
45) Samir Qocayev (Səid Dadaşbəyli qrupu),
46) Rasim Kərimov (Səid Dadaşbəyli qrupu),
47) Bəybala Quliyev (Səid Dadaşbəyli qrupu),
48) Xalid Kazımov (dindar),
49) Qorxmaz Camalov (dindar)
50) Elvin Bünyadov
51) Rasim Cəbrayılov