"Dünya Su Hesabatına" görə dünya üzrə 2 milyard insan təmiz suya möhtacdır. Bu insanlar əsasən müxtəlif səbəblərdən ayrıseçkiliyə məruz qalaraq təmiz su ehtiyaclarını ödəyə bilmirlər.
Bu haqda BMT-nin alt qrumu olan UNESCO 2019-cu il üçün hazırladığı hesabatına bildirib. Hesabata görə dünya üzrə 2 milyard insan təmiz su tapa bilməməklə bərabər, 4,3 milyard insan isə tibbi-gigiyenik normalara uyğun olmayan suları içməyə məcbur qalır. Su qaynaqlarının get-gedə azalması və ətraf-mühitin çirklənməsi üzündən 2050-ci ilə qədər dünya əhalisinin az qala 80 faizi gigyenik su əldə edə bilməyəcək.
Martın 20-də Cenevrə şəhərində yayımlanan
"Dünya Su Hesabatı" müxtəlif səbəblərdən ayrıseçkiliyə məruz qalan müxtəlif insan qruplarının təmiz suya olan ehtiyaclarını ödəyə bilmədiyini ortaya qoyur. Hesabata görə insanlar xüsusilə cinsi, yaşı, sosyal-iqtisadi vəziyyəti, etnik mənşələri, dinləri və dillərinə görə təmiz suya həsrət qoyulurlar. Yerdə qalan bir qrup insan isə sadəcə gigyenik olmayan sular istifadə edə bilmirlər.
Hesabata görə təmiz su mənbələrinə əli çatmayan insanların yarısından çoxu Afrika ölkələrində yaşayır. Həmçinin, gecəqondu məhəllələrində yaşayan insanların, şəhərin daha varlı və təmiz hissəsində yaşayan insanlarla müqaisədə təmiz suyu 10-20 qat daha baha alırlar. Alınan suyun keyfiyyəti də daha pis olur.
Təmiz suya əli çatmayan insanların böyük bir qrupu da müharibə bölgələrindən qaçan qaçqınlardır. Sığınacaqlar və çadır şəhərciklərində təmiz su imkanları çox aşağıdır. UNESCO-nun hesabatında misal üçün Venesueladan qaçıb Kolumbiyaya sığınan qaçqınların bölgələri göstərilir.
Digər tərəfdən hesabatda deyilir ki, şəhərlərdə təmiz su imkanları kəndlərə nisbətən daha yaxşıdır. Şəhərlərdə evlərin yüzdə 63-ündə kanalizasiya sistemləri olduğu üçün suyun təmizliyi porblemi də elə böyük deyil. Kəndlərdə isə kanalizasiya sistemi evlərin cəmi 9 faizində varmış.