Astana şəhərinin adı beşinci dəfədir dəyişdirilirmiş, şəhərin daha dörd adı var [fotolar]

Astana şəhərinin adı beşinci dəfədir dəyişdirilirmiş, şəhərin daha dörd adı var [fotolar]
24 Mart 2019
Mətni dəyiş
Bu gün, martın 23-də Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin fərmanı ilə adı dəyişdirilib Nur-Sultan qoyulan şəhərin bundan öncə adı daha 4 dəfə dəyişdirilibmiş. [caption id="attachment_76002" align="aligncenter" width="1500"] Nur-Sultan şəhərində Həzrət Sultan məscidi.[/caption] İşim çayının sahilində yerləşən Nur-Sultan şəhəri bu gün öz yeni adını keçmiş prezident Nursultan Nazarbayevin şərəfinə alıb. Ancaq çoxları bilmir ki, bu şəhərin adı indiyə qədər dəfələrlə dəyişib. Belə ki, elə də qədim olmayan şəhərin əsası Çar Rusiyası tərəfindən 1830-cu ildə qoyulub. Şəhərin ilk adı Akmolinski olub və bura hərbi şəhərcik kimi qurulub. [caption id="attachment_76004" align="aligncenter" width="1500"] Qazaxıstanda neft bumundan sonra Nur-Sultan şəhərinin mərkəzində çoxlu müasir binalar tikilib.[/caption]   Şəhərin adı 1961-cı ildə Akmolinskidən dəyişdirilib Çelinoqrad qoyulub. Bu ad ruscadan gələn "çelinniy" yəni xam, əkinə yararlı torpaq mənasını daşıyırdı. Bu ad şəhərə ona görə verilmişdi ki, məhz Qazaxıstan Sovet İttifaqının əsas taxıl tədarükçüsü idi. Şəhərin ilk canlanması və böyüməsi məhz bu illərə təsadüf olunur. SSRİ-nin müxtəlif yerlərindən işçilər bu şəhərə axın edirdi. Sovet hakimiyyəti süquta uğrayandan sonra 1992-ci ildə müstəqil Qazaxıstan höküməti şəhərə ilk adını qaytarmağa qərar verir və şəhərin adı Akmola olur. Akmola - qazax dilində ağ qəbir deməkdir. Şəhər bu adı, mərkəzindən 20 km aralıda yerləşən qazax xanı Abılay xanın sərdabəsindən alıb. Lakin, o vaxtkı dövlət başçısı Nursultan Nazarbayev şəhərin adının Akmola - yəni "Ağ qəbir" olmasını bəyənmədiyi üçün, 1998-ci ilin 6 iyulunda verdiyi fərmanla növbəti dəfə dəyişir. Şəhərin yeni adı Astana olur, Astana - qazax dilində paytaxt yeri, başkənd mənalarına gəlir. Məhz 1998-ci ildə Astana şəhəri Qazaxıstanın paytaxtı statusunu alıb. Lakin şəhər bu adı cəmi 21 il özündə saxlayıb və bu gün yenidən adı dəyişdirilərək "Nur-Sultan" qoyulub. [caption id="attachment_76005" align="aligncenter" width="1500"] Nur-Sultan şəhərindən İşim çayının üzərindən keçən modern üslublu körpü.[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun