Bu gün, Venesuela böhranı ilə bağlı BMT Təhlükəsizlik şurasına təqdim edilən iki ayrı qətnamə ləğv edilib. Qətnamələrin birini ABŞ irəli sürmüşdü və Çinlə Rusiya bu qətnaməyə veto qoyub, Rusiyanın özünün irəli sürdüyü qətnamə də qəbul olunmayıb.
"Reuters" agentliyinin yaydığı
məlumata görə ABŞ-ın Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamədə Venesuelada "azad, ədalətli və inandırıcı" seçilər keçirilməsi və ölkəyə yollanılan humanitar yardımların qarşısının alınmaması məsələsi dayanırdı. Almaniya, Fransa və İngiltərə kimi 9 böyük ölkə qətnamənin lehinə səs verdə də, Venesuela prezidenti Nikolas Maduronu dəstəkləyən Çin və Rusiya qətnaməyə veto qoyub. Təhlükəsizlik Şurasının başqa üç üzvünün bitərəf qaldığı qətnaməyə Cənubi Afrika Respublikası da veto qoyub.
Rusiyanın irəli sürdüyü qətnamə isə Venesuelaya hərbi müdaxilənin qadağan edilməsi və ölkəyə yollanılarn yardımlara görə Venesuela hökümətinin heç bir məsuliyyət daşımaması olub. Rusiyanın təklif etdiyi qətnaməni isə cəmi üç ölkə dəstəkləyib, beş Avropa, iki Amerika ölkəsi ona veto qoyub, qalan Təhlükəsizlik Şurası üzvləri isə qətnaməyə bitərəf qalıblar.
Digər tərəfdən, Cənubi Amerika ölkələrinə səfərlər edib, bu ölkələrin dəstəyini qazanmağa çalışan Venesuelanın müxalif lideri Xuan Quaido Braziliya prezidenti Jail Bolsonaro ilə görüşüb. Bir neçə gün sonra o Paraqvaya yola düşəcək.
Müxalif lider Braziliyada jurnalistlərlə danışarkən, Venesuelada ailəsinə və şəxsinə təhdidlər olsa da öz ölkəsinə qayıtmaq məqsədinin olduğunu bildirib.
Xatırladaq ki, bazar ertəsi günü Kolumbiyanın paytaxtı Boqotada Lima Birliyinin toplantısında iştirak edən Maduro deyib ki, Quaido ölkədən icazəsiz çıxıb və buna görə də o ölkəyə qayıdan kimi məhkəmə qarşısına çıxacaq.
Həmçinin bölgədən gələn xəbərlərə görə Maduro güc strukturları qarşısında inamını itirməkdədir, ordu və polis kimi qurumların 560-dan çox işçisi ölkədən qaçaraq Kolumbiyaya sığınıblar.