Bakıda "Heyvan qətliamına son qoyaq" şüarıyla piket keçirilib [video]

Bakıda "Heyvan qətliamına son qoyaq" şüarıyla piket keçirilib [video]
19 Mart 2019
Mətni dəyiş
Dünən, martın 18-də Bakıda yaşayan heyvansevərlər "Toplan" sahibsiz itlərə qayğı mərkəzinin önündə piket keçiriblər. Piket "Heyvan qətliamına son qoyaq" şüarı ilə keçirilib. Bakıdan olan heyvansevərlərin etirazının səbəbi "Formula-1" yarışları ərəfəsində qanunsuz şəkildə öldürülən, maşınlara yığılıb müxtəlif yerlərə aparılan itlərin hüquqlarını qorumaq olub. Piketin təşkilatçıları deyirlər ki, "Formula-1" yarışları ərəfəsində şəhərimizi turistlərə göstərmək üçün, şəhərin sakinlərindən biri olan itlərə qarşı bir neçə gündür kütləvi qırğın yaşanmaqdadır. Bu xaosu dayandırmaq bizim əlimizdədir. Bu qətliam tək heyvansevər aktivistlərin deyil, bütün cəmiyyətin problemidir, bu hökümətin utancıdır. [embed]https://www.facebook.com/Naile.Rustem/videos/2059045360881529/[/embed]  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun