Avropa İttifaqı (Aİ) Azərbaycan dövlət başçısı İlham Əliyevin Novruz bayramı ilə əlaqədar aralarında siyasi partiya, qeyri-hökumət təşkilatları üzvləri, blogger və jurnalistlərin də olduğu 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.
Bu haqda, Avropa İttifaqı Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin sözçüləri Maya Kocijançi və Adam Kaznovskinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Aİ Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun bu istiqamətdə gələcəkdə də oxşar addımları davam etdirəcəyini gözləyir:
“Aİ əməkdaşlığı, o cümlədən əlaqələrimizin vacib elementlərindən olan insan haqları sahəsində əlaqələri inkişaf etdirmək üçün Azəbaycanla işləməyə davam edəcək”.