Almaniyada mühacirlərə qarşı bir ildə iki min cinayət törədilib

Almaniyada mühacirlərə qarşı bir ildə iki min cinayət törədilib
17 Mart 2019
Mətni dəyiş
Almaniya Parlamentində Solçu partiyanın Daxili İşlər Nazirliyinə yönləndirdiyi suala DİN rəsmisi cavab verərkən bildirib ki, Almaniyada yerli xalq mühacirlərə qarşı bir ildə iki min cinayət törədib. Cinayətlərin çoxu radikal sağçı almanlar tərəfindən törədilib. Almaniyada keçən il mühacirlər və mühacir sınğınacaqlarına qarşı iki minə yaxın cinayət törədilib. Almaniya Parlamentinin Solçu fraksiyalarının alman DİN-ə yönləndirdiyi suala cavab olaraq DİN-rəsmisi deyib ki, 2018-ci il ərzində Almaniyada mühacirlərə adətən əmlaka zərər vermədən tutmuş adam yaralamaya qədər müxtəlif cinayətlər törədilib. Cinayət törədənlərin əksəriyyəti siyasi baxışca ifrat sağçılardır. Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə törədilən cinayətlərin 1775-i birbaşa mühacirləri hədəfə alıb, qalan cinayətlərdə isə mühacirlər sadəcə cinayətdə zərər çəkənlərdən biri olublar. Belə cinayətlərin 1736-sını ifrat sağçı siyasi qruplara mənsub olan almanlar törədib. Belə hadisələrdə ümumən 315 nəfər yaralanıb . Daxili İşlər Nazirliyinin verdiyi məlumatları şərh edən Alman Solçu Partiyasının deputatı Ulla Jelpke deyib ki, "Statistik məlumatlara baxanda görürürk ki, mühacirlərə qarşı hədələmə, silah və partlayıcı ilə hücumlar hər gün baş verir. Bu cür zorakılığın səbəbkarı sadəcə irqçi nifrətdir". Jelpkenin sözlərinə görə Almaniyada irqçi və muhacirlərin əlehdarları əsasən "Almaniya üçün Alternativ" və "CDU/CSU" partiyaları, həmçinin sağçı qrupardır. Məhz, onlar da mühacirləri günahkar kimi göstərməyə çalışır və muhacirlərə qarşı cinayətlərin məsuliyyətini də onalr daşıyır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun