ABŞ uyğurlara görə Çin rəsmilərinə sanksiya tətbiq edəcəyini deyir

ABŞ uyğurlara görə Çin rəsmilərinə sanksiya tətbiq edəcəyini deyir
16 Mart 2019
Mətni dəyiş

ABŞ Çinin Sincan bölgəsində insan haqlarının kobud şəkildə pozulmasında və törədilən təzyiqlərin arxasında duran qüvvələrə qarşı tədbirlər görülməsini irəli sürür.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Robert Palladino açıqlama verib və bildirib ki, baş verənlər insanlıq üçün böyük bir utancdır:

"Təcavüz törədənlərin məsuliyyətdən yayınmamalarına çalışır və onlara qarşı müvafiq sanksiyalar və tədbirlər görülməsini nəzərdə tuturuq. Biz Çini bu siyasətini dayandırmağa və qanunsuz həbs olunan insanları azad etməyə çağırırıq".

Palladino Turkiyənin Sincandakı vəziyyətlə bağlı şərhini təsdiqləyərək bunun bir insanlıq ayıbı olduğunu deyib.

ABŞ Dövlət Departamentinin Çinin Sincan siyasətini tənqidinə, Çin sərt ifadələrlə cavab verib, bundan sonra sözçü Palladino məsələyə münasibət bildirib.

ABŞ rəsmiləri bildirir ki, Trump administrasiyası Çindəki təzyiqlərlə əlaqəli olan şirkətlərə və Sincan Partiya katibi Çen Quanquo da daxil olmaqla, məmurlara qarşı sanksiyalar nəzərdə tutur.

Çin Sincanda baş verənlərlə bağlı narahatlıqları qəti şəkildə rədd edir, insan haqları təşkilatları milyonlarla müsəlmanın kamplarda istismar olunduqlarını irəli sürür, Çin isə onların de-radikalizasiya məqsədli peşə təhsil mərkəzləri olduğunu bildirir.

Vaşinqtonun Çeni hədəf alacağı təqdirdə, Çin buna cavab olaraq, əks tədbirlər görəcəyini xəbərdarlıq edib, eyni zamanda millət vəkillərinin narahatlığına baxmayaraq, ABŞ administrasiyası hələ də hərəkətə keçməyə tələsmir.

Çen kimi yüksək çinli dövlət rəsmisinə qarşı hər hansı sanksiya qərarı, Pekinlə ticarət qarşıdurmasını həll etmək üçün sıx danışıqlar aparan Trump administrasiyası tərəfindən gözlənilməz addım hesab oluna bilər.

Çin Xarici İşlər Nazirinin rəsmi nümayəndəsi Lu Kang, cümə axşamı verdiyi bəyanatda bildirib ki, ABŞ-ın insan haqları ilə bağlı hesabatı həmişəki kimi “İdeoloji önyargılar” və əsassız ittihamlardan ibarətdir. Onun sözlərinə görə, Çin bu faktla bağlı artıq Vaşinqtona etirazını bildirib.

Lu bildirib ki, Çin insan haqlarını tam təmin edir və yaxşı olardı ki, Amerika Birləşmiş Ştatları öz daxili insan haqları ilə bağlı faktları ciddi nəzərdən keçirsin.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun