16 yaşlı iqlim aktivisti Nobel sülh mükafatına namizəddir

16 yaşlı iqlim aktivisti Nobel sülh mükafatına namizəddir
15 Mart 2019
Mətni dəyiş

İsveçdə iqlim böhranıyla mübarizə hərəkatının əsasını qoyan 16 yaşlı iqlim aktivisti Qreta Tunberqin hərəkatı bütün dünyaya yayılmaqdadır.

İqlim dəyişikliyinə dünyanın diqqətini çəkməyə çalışan qız gördüyü işlərə görə Nobel sülh mükafatına namizəd göstərilib.

Hələ cəmi 16 yaşı olan Qreta 2018-ci ilin avqustinda öz oxuduğu məktəbdə tətil edərək dünyanın diqqətini iqlim dəyişikliyinə çəkməyə çalışıb.

O, həftənin cümə axşamı günləri məktəbə getməyib İsveç parlamentinin önündə oturaq aksiya təşkil edib. Onun əsas çağırışı "İqlim dəyişikliyinə görə hökümətlər dərhal hərəkətə keçsin" olub.

Qretanın təşkil etdiyi aksiya qısa müddətdə bütün dünyaya yayılıb və Avropanın bir çox şəhərlərində şagirdlər həftənin bir günü məktəbdən qaçaraq iqlim dəyişikliyinə diqqət çəkmək üçün etiraz aksiyası təşkil etməkdədir.

İsveç parlamentində sosialist solçu partiyadan olan deputatlar gənc iqlim aktivistinin dünya sülhünə verdiyi töhvələrin böyük olduğunu söyləyərək onu Nobel sülh mükafatına namizəd göstəriblər.

Deputat Freddy Andre Oevstegaard deyib ki, "Qretanı ona görə namizəd göstərdik ki, iqlim təhdidləri gələcəkdə müharibə və münaqişələrin başlıca səbəbi ola bilər".

Bundan əlavə Qreta "Times" dərgisinin "2018-ci ilin ən tanınmış gəncləri" siyahısına seçilib.

Nobel komitəsi isveçli aktivisti bu mükafata layiq görərsə, Qreta bu mükafatı almış ən gənc lauriyat pakistanlı Malala Yusifzayın əlindən alacaq.

Qreta Twitterdəki hesabından Nobelə namizəd göstərilməsini şərh edərkən yazıb ki, "Nobelə namizədlikdən qürur duydum və çox minnətdaram".

[embed]https://twitter.com/GretaThunberg/status/1106070793732132864?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1106070793732132864&ref_url=https%3A%2F%2Ftr.sputniknews.com%2Favrupa%2F201903141038199922-greta-thunberg-iklim-mucadele-nobel-aday-isvec%2F[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun