Zəlzələdə Seysmoloji Xidmətin stansiyasında da fəsadlar əmələ gəlib

Zəlzələdə Seysmoloji Xidmətin stansiyasında da fəsadlar əmələ gəlib
6 Fevral 2019
Mətni dəyiş

"Şamaxı-İsmayıllı bölgəsində dünəndən indiyədək 130-dan çox afterşok olub".

Bu sözləri jurnalistlər üçün keçirdiyi brifinqdə AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Direktor bildirib ki, təkanların bir neçəsi 3 balı keçsə də, çoxu 3 baldan aşağı hiss olunmayan təkanlar olub:

"Keyfiyyətsiz tikinti materialları ilə qanunazidd formada tikiliblər"

"Zona seysmoloji baxımdan aktiv zonadır. Hal-hazırda ərazidə 6 baldan yuxarı zəlzələ olması ehtimalı yoxdur".

Qurban Yetirmişli zəlzələdən sonra Şamaxı-İsmayıllı zonasında tikilələrə dəyən ziyandan da danışıb.

O bildirib ki, hadisədən sonra fəsadlar yaranan tikililər keyfiyyətsiz tikinti materiallarından istifadə olunaraq qanunazidd formada tikiliblər.

"Seysmoloji Xidmət stansiyasında da çatlar əmələ gəlib"

Onun sözlərinə görə, dünən iki güclü təkan qeydə alınıb, birinci təkan 5, ikinci təkan 6 bal olub.

 "İkinci təkan insanları təşvişə salıb. Bu gün səhər tezdən hadisə yerində olduq, bir neçə kənddə evlərdə çatlar əmələ gəlib".

Q.Yetirmişli bildirib ki, 6 ballıq zəlzələ orta güclü zəlzələdir, Seysmoloji Xidmət Mərkəzinin Şamaxıda olan stansiyasında da çatlar əmələ gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun