Venesuela Rusiyadan gələcək 300 ton yardımı gözləyir

Venesuela Rusiyadan gələcək 300 ton yardımı gözləyir
19 Fevral 2019
Mətni dəyiş
Rusiya Venesuelaya 300 ton humanitar yardım yollayıb. Bu haqda Venesuela lideri Nikolas Maduro deyib. Onun sözlərinə görə yük Venesuelaya fevralın 20-si çatacaq. Maduro qeyd edib ki, yükün bir hissəsi də dərmanlardır. Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova isə jurnalistlərlə hər günki mətbuat konfransında deyib ki, "ABŞ banklarındakı 11 milyard dolları Venesuela dövlət pulunu blokdan çıxarıb BMT-nin bu sahədəki böyük təcrübəsindən yararlanaraq Venesuelaya insani yardım etmək mümkün idi". O qeyd edib ki: "Ola bilsin ki, məqsəd şəxsi hədəflər üçün əvvəldən səhnələşdirilmiş provakasiyaları həyata keçirmək imiş" Fevralın 14-də Rusiya XİN açıqlama yaymışdı ki, ABŞ Venesuela humanitar yardım adıyla insan ölümləri ilə müşayət olunacaq provokasiyalar hazırlayır. Fevralın 10-da isə venesuelalılara göndərilmiş, Kolumbiyaya enmiş gündəlik istehlak malları və dərmanla dolu Amerika təyyarəsi Venesuela tərəfindən rədd edilib. Maduro göndərilmiş malın zəhərləndiyini elan etmişdi. Xatırladaq ki, yanvarın 23-də kütləvi nümayişlər zamanı Venesuela parlamentinin spikeri Xuan Quaydo özünü müvəqqəti prezident elan etmişdi. ABŞ, Kanada və bəzi Latın Amerikası ölkələri onu dərhal prezident kimi tanımışdı. Almaniya, Fransa, Böyük Britaniya və başqa Avropa dövlətləri isə bir qədər sonra Quaydonu prezident kimi tanıyıb. Rusiya və Türkiyə Maduronu prezident kimi tanıyır və ona dəstək göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun