Venesuela Kolumbiyayla sərhəddə əsgər yığır

Venesuela Kolumbiyayla sərhəddə əsgər yığır
24 Fevral 2019
Mətni dəyiş

Venesuela ABŞ-dan göndərilən humanitar yardım karvanlarını ölkəyə buraxmamaq üçün qapatdığı Kolumbiyayla sərhəddinə ordu yığdığı deyilir.

Venesuela Silahlı Qüvvələrinin Baş Qərargahından twitter vasitəsilə yayılan bəyanatında deyilir ki:

"Ali baş komandan Nikolas Maduronun əmri ilə qərargah rəisi Remiqio Keballos sabitlik və təhlükəsizliyi qorumaq üçün silahlı qüvvələri Kolumbiya sərhəddinə toplamağa göstəriş verib".

Baş Qərargahın yaydığı başqa bir twitter mesajında deyiril ki: "Burda heç kim təslim olmayıb, heç kim yorulmayıb, təslim olmaq xainlikdir".

Xatırladaq ki, ABŞ-dan humanitar yardımı gətirən bir maşın karvanının bu günlərdə ölkəyə yetişəcəyi gözlənilirdi.

Venesuelada özünü prezident elan etmiş parlamentin spikeri Xuan Quaidonun başında dayandığı muxalif qüvvələrin yardımın ölkəyə gətirilməsinə inadla çalışırlar.

Prezident Nikolas Maduro isə humanitar yardımların ölkəyə gətirilməsini ABŞ-ın işğalçı strategiyasının bir parçası olduğunu və buna imkan verməmək üçün əlindən gələn hər şeyi edəcəyini deyir. Eyni səbəbdən Venesuela bir müddət öncə Braziliya ilə də sərhədlərini bağlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun