'Twitter' müəllif hüquqlarının pozulmasına görə ABŞ prezidenti Donald Trampın paylaşımını silib.
Hill Reporter-in məlumatına görə, Tramp "Twitter"də video paylaşıb. Görüntüdə demokratların Konqresdə onun çıxışına reaksiyası əks etdirilib.
Demokratlar videoda gülməli vəziyyətdə nümayiş etdirilib.
Videoyazıda R.E.M rok qrupunun "Everybody Hurts" mahnısından istifadə edilib. Qrup üzvləri paylaşıma mənfi reaksiya veriblər.
Daha əvvəl bildirilib ki, ABŞ Prezidenti Donald Trampın seçkiqabağı qərərgahının keçmiş müşaviri Rocer Stonunun “WikiLeaks” portalının nümayəndəsi ilə əlaqəsi olduğuna dair sübutlar əldə edilib.