"Şimali Koreya ancaq bir şərtlə inkişaf etmiş ölkəyə çevrilə bilər, o nüvə enerjisindən imtina etməlidir".
"Washington Post" nəşrində yer alan məqalədə deyilir ki, bu haqda ABŞ prezidenti Donald Tramp "Twitter" hesabında yazıb.
Tramp qeyd edib ki, KXDR istəsə Vyetnam kimi çiçəklənən ölkəyə çevrilə bilər. "Şimali Koreyanın bunun üçün potensiyalı inanılmaz dərəcədə çoxdur, mənim dostum Kim Çen Inın nəhəng imkanları var, onun tarixdə analoqu yoxdur". -deyə Tramp tvitində bildirir.
O Şimali Koreyanın nüvəsizləşmə şərtiylə inkişaf edib çiçəklənəcəyinə inamını bildirib. O Şimali Koreyanın dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilmək potensialından bəhs edib.
O həmçinin ABŞ-da ona müxalif olan demokratlara da üz tutub, "ona Şimali Koreya ilə bağlı ağıl öyrətməməyi məsləhət görüb". "Belə ağıllıdırlarsa mənə dediklərini niyə səkkiz il ərzində Obama administrasiyası dövründə eləmirdilər?" - deyə Tramp soruşur.
Xatırladaq ki, Donald Tramp bu gün Vyetnamın paytaxtı Hanoyda Şimali Koreya lideri Kim Çen Inla görüşüb. Görüş iki gün boyu, fevralın 27-28 günləri nəzərdə tutulub.
ABŞ-a KXDR arasında ilk sammit Sinqapurda 2018-ci ilin 12 iyununda baş tutmuşdu. O görüşün nəticəsində tərəflər KXDR-nin nüvə enerjisindən tam imtinasına hazırlaşması haqda qərar qəbul etmişdilər. ABŞ bunun qarşılığında Pxenyana təhlükəsizlik zəmanəti verir.