Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilir:
- Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat
- Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
adlı təqaüd alan tələbələrə – 170 manat
- magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat
- bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat
- orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat
- Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.
Bu sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.