Siqaretin qiyməti yenə qalxdı: bu dəfə 20-30 qəpik

Siqaretin qiyməti yenə qalxdı: bu dəfə 20-30 qəpik
18 Fevral 2019
Mətni dəyiş

Azərbaycanda satılan siqaretlərin qiyməti qalxıb. Bu artım satış nöqtələrində qeydə alınıb.

Məlumatına görə, qiyməti iki manata qədər olan siqaretlərin hər bir qutusunda 20 qəpik, iki manatdan baha olan siqaretlərdə 30 qəpik artım qeydə alınıb.

“European Tobacco-Baku”dan bildirilib ki, siqaretin qiymətinin qalxması aksiz vergisi ilə bağlıdır:

“2019-cu ildən başlayaraq, tütün və tütün məmulatlarına qoyulan aksiz vergisi qalxıb. Yanvarın 1-dən yerli istehsal olan siqaretlərin hər 1000 ədədinin aksiz dərəcəsi 12 manatdan 20 manata qədər artırılıb".

Həmçinin şirkətdən bildiriblər ki, fevralın 8-dən idxal olunan siqaretlərin hər 1000 ədədinin aksiz dərəcəsi 12 manatdan 28 manata qədər artıb.

Ekspertlər də bu bahalaşmanı 2019-cu ildən başlayaraq tütün və tütün məmulatlarına qoyulan aksiz vergisinin artırılması ilə izah edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun