Şamaxıda zəlzələdən zərər görən evlər sökülməyə başlanıb

Şamaxıda zəlzələdən zərər görən evlər sökülməyə başlanıb
11 Fevral 2019
Mətni dəyiş

Şamaxıda qəzalı evlərin yenidən tikilməsi üçün ərazinin boşaldılmasına başlanılıb, həmin evlərin sahibləri kirayə mənzillərə yerləşdirilib.

Zəlzələnin fəsadlarının araşdırılması işləri davam etdirilir. Bu barədə Şamaxı Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı rayonunda, xüsusilə Şamaxı şəhərində, Mədrəsə qəsəbəsində, Əngəxaran, Cabanı, İkinci Cabanı, Hacılı, Sis və Qaleybuğurd kəndlərində daha çox dağıntılara səbəb olub.

"Fövqəladə Hallar Nazirliyinin və Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət komissiya vəziyyətin araşdırılması, zərərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir".

Bildirilir ki, komissiya müraciətlərin siyahıya alınması, xüsusilə təhlükəli vəziyyətə düşən evlərdə sakinlər üçün təhlükəsiz şəraitin yaradılması istiqamətində işini davam etdirir.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, fevralın 5-də İsmayıllı və Ağsu rayonları ərazisində 6 və 5 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində episentrə yaxın olan Şamaxı rayonunda binalar və tikililərə daha çox ziyan dəyib.

Prezident İlham Əliyev fevralın 7-də Şamaxı rayonuna səfər edərək vəziyyətlə tanış olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun