“Rusiyada 19 milyon vətəndaşımız yoxsulluq həddində yaşayır”.
Bunu ölkə Prezidenti Vladimir Putin Federal Şura və Dövlət Dumasına illik müraciətində bildirib.
“19 milyon rusiyalı yoxsulluq həddində yaşayır. Bu olduqca çoxdur”, - o vurğulayıb.
Rusiya əhalisinin sayı 146 milyon 793 min 744 nəfərdir.
Bir neçə ilə əvvəl Vladimir Putin Rusiya vətəndaşlarının yoxsul yaşadığından utandığını bildirmişdi.