Roma Papası Fransisko Vatikan üçün görünməmiş şey olan, "Seksual aqressiya və katolik kilsəsi" mövzusunda sammitdə iştirak edir. Sammitin təşkilatçıları kilsə işçiləri tərəfindən zorakılığa məruz qalmış cürbəcür ölkələrdən olan qurbanların birləşdiyi asossasiyaların görüşünü təşkil edib.
Onlar mümkün qədər tez tədbirlər görülməsini və aqqresiyaya məruz qalmış qurbanların səslərinin eşidilməsini tələb ediblər.
Fransız "Le Monde" qəzeti xəbər verir ki, Papa öz çıxışında Romada toplaşmış dünya katolik kilsələrinin liderlərindən məhz konkretlik tələb edib, o istəyir ki, həddi-buluğa çatmayanlara qarşı olan dəhşətli zorakılıq hallarına bir cavab verilsin.
Dünyanın hər yerindən gəlmiş 190 kilsə lideri, yepiskopun toplaşdığı dini sammit fevralın 21-də başlayıb və dörd gün davam edəcək.
"Xalq bizdən təkcə aydın və sadə müzakirələr yox, həm də konkret addımlar gözləyir" - deyə Papa qısa çıxışında bildirib. O kilsələrdə həddi-buluğa çatmayan uşaqların seksual aqressiyaya məruz qalmasını xatırladaraq, sammit iştirakçılarını "ədalət tələb edən uşaqların fəryadını eşitməyə" çağırıb.
Fransadan gələn Lion asossasiyası "Azad olunmuş söz"ün rəhbəri Fransua Devo isə çıxış edərək deyib ki, "Artıq kilsədə zorakılıq qurbanları "özündən əmin güc"ə çevrilib, indi onları heç kimə kənara itələyə bilməz". "İndi kimsə deyəndə ki, "mən keşişin zorakılığının qurbanı olmuşam" heç kim onu yalan danışmaqda ittiham edə bilməz. Bu mövzu insanlığın gözündə etibar qazanıb. Daha kilsə cavab verməkdən boyun qaçıra bilməz" - deyə o əlavə edib.
Devo özü Lionda bir keşiş Bernard Preyn tərəfindən zorakılığa məruz qalıb və Papaya məktub verərək Lion kardinalı Filip Barbarena qarşı tədbir görməyi tələb edib.
Devonun sözünə görə Flip Barbaren onun başına gələnlərlə bağlı böyük vecsizlik göstərib və səlahiyyətlərini aşaraq hərtərəfli araşdırma aparmaqdan imtina edib.