Qazaxıstanda xalq hakim partiyanın qərargahı önündə etiraz edir

Qazaxıstanda xalq hakim partiyanın qərargahı önündə etiraz edir
27 Fevral 2019
Mətni dəyiş
Bu gün Qazaxıstanın iki böyük şəhəri Alma-Ata və Astanada hakim partiya "Nur Otan"ın qarşısında mitinq keçirilib. Partiya qərargahının binasının önünə gələn onlarca vətəndaş həbs olunub. Bu haqda xəbəri "Azadlıq Radiosunun" Qazax Bürosu yayıb. Xəbərə görə Astanada insanlar hal-hazırda hakim "Nur Otan" partiyasının qurultayının keçirildiyi sarayın yaxınlığındakı Müstəqillik  meydanına toplaşıblar. Polis onlarla vətəndaşı avtobuslara doldurub şəhər polis idarəsinə aparıb. Daha bir neçə adam da Astanadakı "Nur Otan" partiyasının qərargahının önündə həbs edilib. Analoji mitinq Qazaxıstanın ikinci böyük şəhəri Alma-Atada da baş verib. Etiraz edənlər Abılay Xan prospektindəki "Nur Otan" partiyasının binası önünə yığışıblar. Hər iki mitinqin tələbi gənclər üçün iş yerləri təmin etmək, islahatlar aparmaq və Nursultan Nazarbayevin partiya lideri postundan istefası olub. Polis etiraz edənləri maşınlara yığıb polis idarələrinə daşıyıb, bunu onunla izah ediblər ki, mitinqdə iştirak edənlərin sənədlərini yoxlamağa ehtiyac var. Alma-Atada saxlanılanlardan biri ictimai fəal Suyundık Aldaberqenov olub. Ona cinayət işində şahid kimi dindirilməsi ilə bağlı polis çağırışı göndərilibmiş. Həmçinin Asxat Bersalimov adlı fəal da həbs olunub. Daha bir fəal, Xalilxan Adilxanov bu gün ərzində polisə, söhbət üçün çağırılıb. Ona fevralın 27-də baş tutmuş mitinqdə iştirak etdiyi üçün xəbərdarlıq ediblər. Polisə çağırılanlardan biri də Çimkənt şəhərindən olan Oralbəy Bilalıyevdir. Xatırladaq ki, bu gün Qazaxıstanda "Nur Otan" partiyasının XVIII qurultayı keçirilir. Qurultaya Nazarbayev rəhbərlik edir. O Qurultayda bu günki çıxışında deyib ki, maaşı az olan dövlət işçilərinin maaşını 30% artırır. Qurultay günü "Nur Otan" partiyasının qərargahı özünündə mitinq eləmək təşəbbüsü ilə "Qazaxıstanda Demokratik Seçkilər" təşkilatı sosial şəbəkədə çıxış edib. Təşkilatın sədri xaricdə yaşayan keçmiş bankir Muxtar Ablyazovdur. Ablyazovu Qazaxıstanda iki dəfə qiyabi həbsə məhkum ediblər, özü də ikinci dəfə məhkumluğu ömürlükdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun