Poroşenko Putini və rusları qatil adlandırdı

Poroşenko Putini və rusları qatil adlandırdı
22 Fevral 2019
Mətni dəyiş
Ukraynanın Prezidenti Pyotr Poroşenko Rusiya Televiziyası "Rosiyya 1" -ə müsahibə verib. O çıxışı zamanı rus jurnalistin sualına əsəbləşib və Rusiya Prezidenti Putini qatil adlandırıb. BMT-nin Ali Məclisinin binasında jurnalistlərlə danışarkən Rusiya hökümətindən ötən il noyabrın axırında Kerç boğazındakı insident zamanı əsir götürülmüş 24 ukraynalı hərbi dənizçini azadlığa buraxmağı tələb edib. İclasdan sonra "Rosiyya 1" telekanalının muxbiri Valentin Boqanovun ukrayna liderinə verdiyi sual Poroşenkonu əsəbləşdirib. Boqdanov Poroşenkodan 2018-ci ildə dövlətə xəyanətlə suçlanıb həbs olunmuş rus xəbər agentliyi "RİA Novosti"nin redaktoru Kirill Vışinski haqda sual soruşub. Poroşenko isə sualdan qəzəblənib. "24 ukraynalı hərbi dənizçi sizin həbsxanada qeyri-qanuni olaraq saxlanılır. Siz onlardan üzr istəyib dərhal azadlığa buraxmağa məcbursunuz. Siz aqressorsunuz, siz beynəlxalq qanunları pozansıız. Siz də, lideriniz də (söhbət Vladimir Putindən gedir) ukraynalıların qatilisiniz. Bunu yadda saxlayın" - deyə Poroşenko bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun