Ermənistanın baş naziri Nikol Paşinyan xalqın lehinə qərarları ilə məşhurlaşıb. Bu dəfə o Ermənistanda biznes mühütünü sağlamlaşdıracağına və biznes azadlığını təmin edəcəyinə vəd verib.
Fevralın 23-də Vanadzor şəhərində baş tutmuş investiya forumunda çıxış edən Nikol Paşinyan deyib ki, Ermənistanda biznesmenlərin qarantı ancaq və ancaq qanun olacaq. Biznesmenlər hökümətdəki himayədarlarına deyil, öz ağıl və zəhmətlərinə arxalanmalıdırlar.
İnvestisiya formu baş nazirin Ermənistan regionlarından olan biznes qurumlarının nümayəndələriylə görüşləri çərçivəsində keçirilib.
Paşinyanın fikrincə erməni xalqı inqilabı edərək "siyasi möcüzə"yə nail oldu, deməli "iqtisadi inqilab"ı gerçəkləşdirmək də bizim əlimizdədir. - deyə o bildirib.
Baş nazir Köçəryan və Sarksyan dövründə biznesmenlərin "krışalar"a yəni hökümətdəki məmurlara arxalanaraq iş gördüklərini bəyan edib. Bu yolla onlar istəmədikləri rəqiblərindən qurtulublar və çoxlu vergi ödəmədən varlanıblar. İndi Ermənistan höküməti və vətandaşları bu kimi yaramazlığın kökünü kəsəcəklər.
"İndi biznes özünə arxalana bilər. Kim bizneslə məşğul olmaq istəyirsə qanunun qarantiyasını və bərabər imkanlar əldə edəcəklər" - deyə Paşinyan bildirib.