Sloveniya parlamentinin üzvü Lyublyana şəhərindəki bir mağazadan sendviç oğurladığına görə vəzifəsindən istefa vermək məcburiyyətində qalıb.
Deputat Darij Krajçiç yerli mətbuata açıqlamasında bildirib ki, market işçilərinin onunla "hava kimi" davranmasını görə mağazanın təhlükəsizliyini yoxlamaq qərarına gəlib.
İqtidarda olan "Marjan Sarec List" (LMS) partiyasının üzvü olan deputat bildirib ki, "oğurluq"dan sonra geri qayıdıb və ödəmə üçün təkid edib.
Darij Krajçiç, özünün "sosial təcrübəsinə" təəssüf hissi keçirdiyini bildirib və üzr istəyib.
Deputat ilk dəfə publik olaraq parlamentin komitə iclasında həmkarları ilə "lətifə"ni bölüşüb.
Məlumata görə, əvvəlcə deputatlar hekayəyə gülüblər, lakin LMS parlament fraksiyasının rəhbəri Brane Goluboviç cümə axşamı günü cənab Krajçiçin hərəkətlərini "qəbuledilməz" kimi dəyərləndirib və qınayıb.
B.Goluboviç açıqlamasında bildirib ki, deputat LMS-in yüksək etik standartlarına uyğun olaraq məsuliyyəti üzərinə götürdü və öz razılığından istefa verdi. Darij Krajçiç ötən ilin sentyabrında LMS partiyasından parlamentə seçilib. Bu partiya baş nazir Marjan Sarec iqtidar koalisiyasının əsas tərəfdaşıdır.