Lənkəran Dövlət Universitetində (LDU) bir qrup tələbə universitetin iki korpusunun qarşısında toplaşaraq etiraz aksiyası keçiriblər.
Tələbələr universitetdə tətbiq edilən yeni sistemin imtahanları daha da çətinləşdirdiyini bildirirlər. Onların sözlərinə görə, davamiyyət balının və sərbəst işlərin ləğvi onlara problem yaradır.
Tələbələr bildirir ki, həm sərbəst işlər, həm də dərsə davamiyyət tələbələrə əlavə ballar gəlirdi və bu da nəticələrə əlavə olunurdu.
Bu sistemin götürüldüyünə görə, tələbələr də yeni dəyişikliklərə etiraz ediblər.
Etiraz edən tələbələr köhnə sistemin dərhal qaytarılmasını tələb edirlər.Bu barədə adının çəkilməsini istməyən universitet tələbəsi bildirib. Onun sözlərinə görə, dəyişikliklərdən sonra verdikləri kollokvium imtahanlarının sayı artıb.
Onun sözlərinə görə, universitet dekanları tələbələrdən izahat alıblar.
Narazılıqlarla bağlı hələlik universitet rəhbərliyindən münasibət almaq mümkün olmayıb.