Jurnalist Mustafa Hacıbəyliyə 5 il 6 ay şərti həbs cəzası verildi

Jurnalist Mustafa Hacıbəyliyə 5 il 6 ay şərti həbs cəzası verildi
21 Fevral 2019
Mətni dəyiş

Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının Mətbuat Depertamentinin rəhbəri, Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə 2 il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verilib.

Bu gün hakim Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmündə yazılıb ki, Mustafa Hacıbəylinin rəhbərlik etdiyi bastainfo.com saytında Gəncə hadisələri və Mingəçevir SES-də ölkəni işıqsız qoyan qəza ilə bağlı yazılarda dövlət əleyhinə çağırış xarakterli fikirlər yer alıb.

Lakin məhkəmə onun himayəsində azyaşlı övladını, üçüncü qrup Qarabağ əlili olmasını nəzərə alaraq, ona münasibətdə CM-in 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib.

Mustafa Hacıbəyli özünü təqsirli bilməyib. Hökmdən əvvəl son sözündə də haqqında bəraət hökmü, son 7 ayda yaşadığı iztirablara görə xüsusi qərar çıxarılmasını istəyib:

"Xahiş edirəm, mənə bu məhrumiyyətləri yaşadanların cəzalandırılması üçün prokurorluğa təqdimat göndərəsiniz".

Mustafa Hacıbəylinin vəkili Osman Kazımov  bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun