Bundan sonra hava limanı ərazisində taksi xidməti ilə yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzlində olan"Bakı Taksi Xidməti" MMC məşğul olacaq.
Bu haqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin mətbuat xidməti
məlumat yayıb.
Nazirliyin mətbuat xidməti bildirilib ki, xidmət keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin təmin edilməsi üçün aparılan bir sıra islahatların nəticəsi olaraq Hava limanı ərazisində yerli sakinlərə və turistlərə yalnız “Bakı Taksi Xidməti” MMC taksi fəaliyyəti göstərəcək.
Müştərilərin sifarişinin rahat qəbul olunması üçün aeroport daxilində məlumat stendi quraşdırılıb.
Taksilərin fəaliyyətinə nəzarət daha da gücləndirilib. “Taxometr” cihazı vasitəsilə müştəri yalnız qət etdiyi məsafəyə uyğun ödəniş edir. Taksi xidməti sahəsində ilk dəfə olaraq “Bakı Taksi Xidməti” MMC-nin sürücüləri xüsusi uniforma ilə təmin olunub. Eyni zamanda, işə xüsusi təlim keçmiş və əcnəbi qonaqlarla rahat ünsiyyət qurmaq üçün dil bilgisi olan şəxslər qəbul olunur.
Yeni fəaliyyətə başlayan “1848” Çağrı mərkəzi taksi xidmətindən istifadəni daha da rahatlaşdıracaq.