Gürcüstanda prezident sarayında, parlament binasında, nazirlik və digər dövlət idarələrində dövlət bayrağı endirilib. Həmçinin Gürcüstanın rayon hökümət idarələrində də bayraqlar endirilib.
Gürcüstan parlamentinin 21 iyul 2010-cu ilki qərarından bu yana hər il fevral aynın 25-i Gürcüstanın sovet orduları tərəfindən işğalı günü qeyd olunur.
İşğalın minlərlə qurbanının xatirəsinə hörmət əlaməti olaraq bu gün Gürcüstanın bütün ərazisində bayraqlar endirilib.
Rus Qırmızı ordusu məhz 1921-ci ilin 25 fevralında Tbilisiyə girib. Ordu ümumilli, azad seçkilərlə seçilmiş gürcü hökümətini devirib. Nəticədə Demokratik Gürcüstan Respublikası beynəlxalq hüquq tərəfindən ilhaq olunmuş sayılıb.