Gürcü deputat çıxışında bildirib ki, Azərbaycandakı gürcülərin haqqlarıyla, Gürcüstandakı azərbaycanlıların haqqılarına bərabər yanaşılmalıdır. O azərbaycan gürcülərinin dil, məktəb, milli mənsubiyyət və mədəniyyət evi kimi problemlərini dilə gətirib.
Gürcü parlamentinin üzvü Mariam Jashi bu gün Gürcüstan parlamentində "Diaspora və Qafqaz məsələləri" və "Təhsil, elm və mədəniyyət" məsələləri komitələrinin iclasında çıxış edib.
Onun toxunduğu problemlər haqda parlamentin mətbuat xidmətindən Gürcüstanın birinci kanalına məlumat veriblər.
O bildirib ki, Azərbaycanda yaşayan gürcülərin haqqları Gürcüstanda yaşayan azərbaycanlıların haqqları ilə bərabər olmalıdır. Azərbaycandakı gürcülərin təhsil və digər xidmətlərə çatımlılığı azərbaycanlılarınkı ilə eyni dərəcədə olmalıdır.
Birgə iclasda deputatlar Azərbaycandakl tarixi gürcü diasporunun problemlərini müzakirə ediblər. Gürcüstan parlamentinin "Təhsil, Elm və Mədəniyyət" komitəsinin sədri Mariam Jashi deyib ki, Azərbaycandakı gürcülərin problemləri eynilə Gürcüstandakı etnik azlıqların və dağlıq ərazilərdə yaşayan gürcü vətəndaşlarının problemləri ilə eynidir.
"Biz azərbaycan gürcülərinin hər bir problemini ikitərəfli danışıqlar və əməkdaşlıqlar zamanı dilə gətirməliyik. Biz əməkdaşlığa əsaslanan vahid yanaşmaya sahib olmalıyıq" - deyə deputat bildirib.
Deputatlar Azərbaycanda gürcü məktəbi və gürcü dili məsələsini müzakirə ediblər, Qaxdakı gürcü mədəniyyət evinin bərpa olunmasını və Azərbaycanda yaşayan gürcü xalqının milli mənsubiyyətinin dəstəklənməsi üçün görülməli işlərdən danışıblar.
Mariam Jashinin sözlərinə görə Azərbaycan tərəfilə müzakirə edilib həll ediləsi 10 məsələ var. Bu məsələlər mütəmadi və təxirəsalınmadan həll müzakirə olunmalı, əldə olunan nailiyyətlər diqqətdən keçirilməlidir.
Parlamentin "Diaspora və Qafqaz məsələləri" üzrə komitəsinin rəhbəri Zviad Kvançatiradze Azərbaycanın gürcülər yaşayan bölgələrindəki problemlərin bəzilərinin həll edildiyini də nəzərə çatdırıb.