Estoniya prezidenti ölkədə rus dilinin tamamilə ləğvini dəstəkləyir

Estoniya prezidenti ölkədə rus dilinin tamamilə ləğvini dəstəkləyir
25 Fevral 2019
Mətni dəyiş
Estoniyanın prezidenti Kersti Kaljulaid təhsildə və bütün ölkədə rus dilinin tamamilə yığışdırılmasını dəstəklədiyini deyib. O bu haqda Estoniyanın müstəqilliyinin 101-ci ili münasibətiylə keçirilən mərasimdə çıxış edib. Kaljulaid ölkə təhsilinin gələcəyi ilə bağlı vahid baxışın olmasının tərəfdarıdır. “Arzuladıqlarımızın nə qədər hissəsini əldə etməyimiz hələ mübahisəlidir, ancaq partiyamızın üzvlərinin əksəriyyəti gələcəkdə ölkədə eston dilində vahid təhsil sisteminin olmasını istəyir”. – deyə prezident bildirib. Onun fikrinə görə bir dildə təhsil eston cəmiyyətinin iki fərqli icmaya bölünməsinin qarşısını alacaq. “Əlbəttə, məqsədimizə doğru yolumuz uzun və çətindir, ancaq Estoniyanın müstəqilliyi, dili və mədəniyyətini qorumağa yönəlmiş bir yolu getmək borcumuzdur, bu yolla biz ölkə vətəndaşları arasında bərabər imkanlar yaradacağıq” – Kaljulaid deyir. Xatırladaq ki, Baltikyanı ölkələrdə təhsildə və iş yerlərində rus dilinin tamamilə ləğv olunması ilə bağlı mütəmadi müzakirələr gedir və Rusiya höküməti bu cür yanaşmanı qınayaraq rusofobiya adlandırır. Estoniya höküməti 2010-cu ildən bəri ölkəboyu rus məktəbləri və gimnaziyalarda tədris dilinin tədricəsən ruscadan estoncaya keçirilməsinə başlayıb. Hökümətin bu sahədə qəbul etdiyi qanuna görə son nəticədə məktəblərdə eston və rus dilinin nisbəti müvafiq olaraq 60 və 40 faiz nisbətində olacaq. Hal-hazırda Estoniyada 74 məktəbdə ya təhsil ruscadır, ya da rus dili əlavə dil kimi öyrədilir. Estoniyanın hər yerində ruslar yaşayır, xüsusilə də paytaxt Tallində. Lakin ölkə vətəndaşları arasında rusların sayı azdır, çünki Estoniya hökümətinin 90-cı illərdə qəbul etdiyi qanuna görə ancaq ikinci dünya müharibəsindən əvvəl ölkədə yaşamış və həmin adamların ailə üzvləri Estoniya Respublikasının vətəndaşları sayılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun