Ermənistanda xərçəng xəstələri pulsuz müalicə olunacaq

Ermənistanda xərçəng xəstələri pulsuz müalicə olunacaq
21 Fevral 2019
Mətni dəyiş

Ermənistan Səhiyyə Nazirliyi bir neçə ölkə xəstəxanasıyla onkoloji xəstələrin pulsuz əməliyyat olunması və müalicəsi ilə bağlı müqavilə bağlayıb.

Bu haqda Səhiyyə Nazirliyi "Jamanak" qəzetinə bildirib.

Bundan öncə Ermənisyanın Səhiyyə Naziri Arsen Torosyan xalq üçün onkoloji xəstələrin müalicəsinin pulsuz ediləcəyini bildirmişdi.

Nazir deyib ki, bu işin təşkili üçün bəzi sənədlərin hazırlanmasına ehtiyac olub.

Bundan sonra, onkoloji xəstəliklərdən əziyyət çəkənlər dövlət sifarişləri çərçivəsində ölkənin müxtəlif yerlərində olan 10 ayrı xəstəxanaya müraciət edə biləcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun