Barselona klubu diktator Fransisko Frankoya 1971 və 1974-ci illərdə verilən medalları geri almaq qərarı alıb.
Bu barədə klubun sözcüsü Josep Vives jurnalistlərə açıqlamasında deyib.
Vives-in sözlərinə görə, idarə heyəti diktatora verilən medalların geri alınması qərarının növbəti ümumi yığıncaqda klub üzvləri tərəfindən təsdiqlənməsinə ehtiyac var.
Klub sözcüsü deyib ki, İdarə Heyəti diktator Frankonun medallarının geri alınması ilə bağlı qərarında birmənalı davranıb.
Həmçinin Vives, Barselona tərəfindən diktatora verilən medalların geri alınması ilə bağlı məsələnin ilk dəfə 2003-cü ildə gündəmə gəldiyini deyib:
[caption id="attachment_74012" align="aligncenter" width="1280"] Josep Vives[/caption]"Ancaq məsələ ilə bağlı o dövr heç bir sənədli sübut olmadığından, qərar qəbul edilmədi".
Nümayəndə bildirib ki, klub üzvlərinin çağırışlarından sonra idarə heyəti keçmiş qərarlarına nəzər salıb və səbəbi məlum olmasa da klubun medal təsis edib diktator Frankoya verildiyini aşkar edib.
Barselona Kataloniyada müsəqillik cəhdlərinə dəstək verən klub kimi tanınır.
Diktatora verilən medalların geri alınması qərarının Kataloniyanın müstəqilliyi ilə bağlı keçirilən referendumla bağlı "dövlət əleyhinə hərəkətlər"də ittiham olunan 12 katalon siyasətçinin məhkəməsindən bir gün əvvəl verilməsi diqqət çəkib.