Sağlamlığı ilə bağlı uzun müddətdir müalicə alan CHP millət vəkili və keçmiş başqan Dəniz Baykal fevralın 21-də Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.
İclasa rəhbərlik edən TBMM sədr müavini Levent Gök and içmək üçün Deniz Baykalı tribunaya dəvət edib.
D.Baykal köməkçilərinin yardımı ilə əlil arabasında kürsüyə gəlib. Millət vəkilləri Baykalı ayaq üstə alqışlayıblar. O, isə kürsüyə qalxanda deputatları əl yelləməklə salamlayıb.
Deniz Baykal deputat andı içib. Bundan sonra da parlament partiyalarının hər birindən nümayəndələr millət vəkili ilə bağlı xoş sözlər deyib yenidən parlamentə qayıtdığı üçün məmnun olduqlarını bildiriblər.
İclasa rəhbərlik edən Levent Gök isə deyib ki, bu gün xüsusi bir gündür: "Türk siyasətinin ağsaqqalı, Türkiyə Böyük Millət Məclisinin müvəqqəti başqanlarından biri, dəyərli dövlət adamı, dəyərli böyüyüm Dəniz Baykalı uzun bir aradan sonra bu gün məclisdə görməkdən böyük xoşbəxtlik hissi keçirdim. Aramız xoş gəlmisiniz”.
Levent Gök bildirib ki, cənab Baykal bu gün hamıya böyük bir mübarizə nümunəsi göstərdi, ona cansağlığı, arzulayır.
Andiçmə zamanı CHP başqanı Kemal Kılıçdaroğlu, MHP rəhbəri Devlet Bahçeli ilə Türkiyə Böyük Millət Məclisinin müvəqqəti rəhbəri Celal Adan da iclasda iştirak ediblər.
Dəniz Baykalın həyat yoldaşı Olcay Baykal, qızı Əsli Baykal, TBMM-nin keçmiş sədri Hikmet Çetin, millət vəkilləri və Çankaya Bələdiyyə başqanı Alper Taşdelen də andiçməni izləyib.
Həyat yoldaşı Olcay Baykal və bəzi millət vəkillərinin andiçmə zamanı kövrəldikləri görünüb.
[embed]https://www.youtube.com/watch?v=qYjlv_31kq8[/embed]