Daha bir dini fəal 20 sutka həbs olunub

Daha bir dini fəal 20 sutka həbs olunub
15 Fevral 2019
Mətni dəyiş

Facebook-da "Tural Divanə" kimi tanınan dini fəal Tural Allahverdiyev 20 sutkalığa həbs olunub.

O, fevralın 13-də öz evinin yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Fevralın 14-də doğmalarına bildiriblər ki, T. Allahverdiyev polisə tabe olmamaq ittihamı ilə həbs edilib.

O, siyasi məhbusların övladlarının məktəb ləvazimatı ala bilməsi üçün onların ailələrinə yardım göstərilməsi məqsədilə sosial şəbəkələrdə ianə toplamağa çağırışlar edib.

O həmçinin Qobustan həbsxanasında "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə, dini fəallar Abbas Hüseynov və Cabbar Cabbarova işgəncələr verilməsinə etiraz edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun